Milli Meşə Agentliyinin əməkdaşları cari ilin may ayında qanun
pozuntusu ilə bağlı 56 fakt aşkarlayıblar.
Onlardan 45 hal qanunsuz ağac tədarükü və daşınması ilə
bağlıdır.
Qurumun məlumatına görə, ümumilikdə müxtəlif növ 45 kubmetrə yaxın
qanunsuz əldə edilmiş odun və taxta materialı müsadirə olunaraq
Meşə Agentliyinin “iş sahələrində” yerləşdirilib.
Regionlar üzrə göstəricilərə əsasən, qanunsuz ağac kəsimi
halları
İmereti bölgəsində 5, Samtsxe-Cavaxetidə 5, Raça–Leçxumi–Aşağı
Svanetidə 4, Kvemo Kartlidə 18, Mtsxeta-Mtianetidə 1, Quriya
bölgəsində 7, Sameqrelo–Yuxarı Svanetidə 4, Şida Kartlidə isə 1
fakt üzrə qeydə alınıb.
Agentliyin məlumatına görə, qeydə alınan hallardan 2-si cinayət
tərkibli əlamətlər daşıyır və materiallar sonrakı araşdırma üçün
hüquq-mühafizə orqanlarına göndərilib.
Bununla yanaşı, qanunsuz ağac kəsimi və daşınması ilə paralel
olaraq dövlət meşələrinin qanunsuz zəbt edilməsi ilə bağlı 11 fakt
da aşkarlanıb. Bunlardan 8-i Şida Kartlidə, 2-si Kaxetidə, 1-i isə
Sameqrelo–Yuxarı Svanetidə qeydə alınıb.
Məlumata görə, cari ilin yanvar–may aylarında ölkə üzrə ümumilikdə
319 qanunsuz ağac kəsimi faktı müəyyən edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.