Rusiyanın Zaporojye hücumunda 5 ölü; Krımda qatar vurulub
Ukraynanın cənub-şərqində yerləşən Zaporojye vilayətinə Rusiyanın zərbələri nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov iyunun 8-də "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu vilayət ərazisini dronlar və artilleriya atəşinə tutub. İnfrastruktur obyektlərinə, yaşayış binalarına və avtomobillərə ciddi ziyan dəyib.

Rusiyanın Volqoqrad vilayətində isə hava hücumundan
müdafiə qüvvələri enerji infrastrukturuna yönələn dron hücumunun qarşısını alıb. Vilayət qubernatoru Andrey Boçarovun sözlərinə görə, vurulan dronların qalıqları Jirnovski rayonundakı neft kəmərinin nasos stansiyasında yanğına səbəb olub.

Digər tərəfdən, Ukraynanın ilhaq olunmuş Krım yarımadasına endirdiyi dron zərbəsi nəticəsində sərnişin qatarının maşinist köməkçisi həlak olub, maşinist isə yaralanıb. Rusiyanın nəzarətindəki Krımın rəhbəri Sergey Aksyonov Ukraynaya məxsus dronun hərəkətdə olan qatarı vurduğunu bildirib. Moskva ilə Simferopol arasında hərəkət edən qatardakı sərnişinlər arasında xəsarət alan olmayıb.

"İnterfaks" agentliyinin məlumatına görə, hadisədən sonra Krımda dəmiryol əlaqəsi müvəqqəti olaraq dayandırılıb.

Rusiya Krımı 2014-cü ildə, Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamazdan səkkiz il əvvəl ilhaq edib. Yarımada rusiyalı turistlər üçün məşhur istirahət məkanlarından biridir. Ukraynanın son dövrlərdə xüsusilə yanacaq infrastrukturunu hədəf alan dron hücumları səbəbindən Krımda yanacaq satışı norma ilə məhdudlaşdırılıb.


Novorossiyskdə neft anbarı yanır
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ötən gecə Rusiyanın 12 vilayəti, ilhaq edilmiş Krım, eləcə də Qara dəniz və Azov dənizi üzərində Ukraynaya məxsus 310 dron məhv edilib.

Gecə dron hücumundan sonra Novorossiysk şəhərində neft doldurma kompleksinin ərazisində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda obyektdə yanğınsöndürmə işləri aparılır.

"Astra" nəşri, eləcə də "Exilenova+" və "Supernova+" "Telegram" kanalları bundan əvvəl yazmışdılar ki, gecə saatlarında Novorossiyskdə "Qruşovaya" sənaye meydançasının ərazisindəki rezervuar parkına hücum edilib. Şahidlərin sözlərinə görə, şəhərdə 50-dən çox partlayış səsi eşidilib.

Həmin obyekt neft və neft məhsullarının saxlanıldığı və ixrac üçün tankerlərə yükləndiyi "Şesxaris" neft boşaltma kompleksinin tərkib hissəsidir.

"Qruşovaya" neft bazası bundan əvvəl mayın 22-də hücuma məruz qalıb. "Şesxaris" dəniz terminalı isə son üç ay ərzində üç dəfə zərbəyə tuş gəlib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google