Türkiyə dron və hərbi texnika ixracını artırır
Türkiyədə dövlətin son 20 ildə investisiyaları ölkəni dron və digər hərbi texnikanın əsas ixracatçılarından birinə çevirib. "Reuters" yazır ki, NATO üzvü olan ölkə Qərbin yenidən silahlanması fonunda ixracı daha da genişləndirməyə çalışır.

Vaxtilə xarici silah istehsalçılarından ciddi asılı olan Türkiyə hazırda Körfəz ölkələri, Afrika, Asiya və Avropadan təxminən 40 ölkəyə silah satır. Bir çox alıcı
Türkiyə məhsullarını alternativlərinə nisbətən daha ucuz, daha tez çatdırılan və daha universal sayırlar.

10 milyard dollarlıq müdafiə sənayesi ixracı
Türkiyənin müdafiə sənayesi ixracı 2021-ci ildən bəri üç dəfədən çox artaraq ötən il 10 milyard dollara çatıb. Bu, ölkənin ümumi ixracatının təxminən 3.7 faizini təşkil edir. Bunu agentlik ticarət statistikasının təhlilinə əsasən yazır.

Avropa və ABŞ-yə ixrac isə həmin dövrdə təxminən dörd dəfə artaraq 5.6 milyard dollara yüksəlib.

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri sırasına dron istehsalçısı "Baykar", TAI, "Arca Defense" və "Kale" daxildir.

Analitiklərin fikrincə, dövlət dəstəyi, çevik təchizat zəncirləri və alıcıların tələblərinə uyğun sistemlərin hazırlanması Türkiyə şirkətlərinə qlobal bazarlara sürətlə daxil olmağa imkan verib.

Türkiyə hazırda dünyadakı silahlı dronların təxminən 65 faizini tədarük edir və mühüm sursat ixracatçısıdır. Ölkə həmçinin freqatlar, təyyarədaşıyan gəmilər, hava hücumundan müdafiə sistemləri və zirehli texnika istehsal edir və ya bu istiqamətdə layihələr planlaşdırır.

Maneələr
Bu arada ABŞ NATO müttəfiqlərindən müdafiə yükünün daha böyük hissəsini öz üzərinə götürməyi tələb edir və Almaniyadan minlərlə hərbçini çıxarmaq planları var. "Reuters" yazır ki, bütün bunlar Türkiyə üçün həm imkanlar, həm də qeyri-müəyyənlik yaradır.

Müdafiə naziri Yaşar Gülər aprel ayında Avropa müttəfiqlərini Türkiyə kimi Avropa İttifaqına üzv olmayan NATO ölkələrini təhlükəsizlik təşəbbüslərindən kənarda saxlamamağa çağırıb. Belə ki, Ankara Aİ-nin regional təhlükəsizliyə yönəlmiş SAFE proqramından, demək olar ki, kənarlaşdırılıb. Bəzi Avropa hökumətləri isə regional siyasətdəki fikir ayrılıqları və əsas müxalifət partiyasına qarşı genişmiqyaslı hüquqi təzyiqlər səbəbindən Ankaraya ehtiyatla yanaşır.

Bununla belə, Türkiyə şirkətləri Polşa, İspaniya, Portuqaliya və Rumıniya ilə müdafiə sahəsində təchizat müqavilələri imzalayıb. "Baykar" İtaliyanın "Piaggio Aerospace" şirkətini satın alıb və "Leonardo" ilə birgə istehsal üzrə tərəfdaşlıq qurub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google