Milli Statistika Xidmətinin dərc etdiyi məlumatlara əsasən,
2025-2026-cı tədris ilində Gürcüstanda ümumilikdə 44 440 xarici
tələbə təhsil alır.
2024-2025-cı tədris ilində isə onların sayı 37 125 nəfər təşkil
edirdi.
Bununla yanaşı, həmin məlumatlara görə, 2025-2026-cı tədris ilində
xarici tələbələrin 36 895-i özəl universitetlərdə, 7 545-i isə
dövlət universitetlərində təhsil alırdı.
Məlumatlara əsasən, xarici tələbələrin 54%-i
Hindistanın payına
düşür, növbəti mövqelərdə isə 6% ilə İsrail və 5.6% ilə İordaniya
qərarlaşıb.
Daha konkret olaraq, "BusinessPressNews" Gürcüstanın ali təhsil
müəssisələrində ən çox tələbəsi olan ölkələrin onluğunu təqdim
edir:
- Hindistan - 23 906
- İsrail - 2 781
- İordaniya - 2 523
- Pakistan - 2 280
- Sudan - 2 211
- Livan - 1 511
- Misir - 1 172
- Böyük Britaniya - 1 005
- Azərbaycan - 896
- Rusiya - 745
- Banqladeş - 503
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin müəllifliyi ilə
"Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında" qanuna və ondan irəli gələn qanunvericilik aktlarına
dəyişikliklər layihəsi hazırlanıb.
Qurumun izahatına görə, mövcud hüquqi baza xarici tələbənin təhsili
ilə bağlı təfərrüatlı tənzimləmələri nəzərdə tutmur. Onların
verdiyi məlumata görə, praktikada elə hallar olur ki, xarici ölkə
vətəndaşı universitetə formal olara qəbul edilir, lakin real olaraq
onun tədris prosesində iştirakı təsdiqlənmir.
DİN-in bəyanatına görə, dəyişikliklərlə ali və peşə təhsili
müəssisələrinə xarici tələbələrin qəbulu üçün beynəlxalq dil
sertifikatının təqdim edilməsi və/və ya NAEC (Milli Qiymətləndirmə
və İmtahanlar Mərkəzi) tərəfindən təşkil olunmuş xarici dil/dövlət
dili imtahanından keçmək kimi əlavə şərtlər müəyyən ediləcək.
Bununla yanaşı, təhsil müəssisəsi xarici tələbə haqqında bütün
lazımi məlumatları müvafiq dövlət qurumlarının çıxışı olacaq vahid
informasiya sistemində əks etdirməyə borclu olacaq.
Təhsil müəssisələri üçün xarici tələbələrin uçot qaydalarının
pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir; sanksiya növü
kimi isə həm cərimə, həm də xarici tələbələrin qəbuluna məhdudiyyət
qoyulması və avtorizasiyanın (fəaliyyət icazəsinin) ləğv edilməsi
tətbiq oluna bilər.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.