Avropa Komissiyasının sözçüsü Gürcüstan tərəfi ilə vizasız gediş-gəliş məsələsinə dair iyunun 11-nə planlaşdırılan görüşlə bağlı açıqlama verib

2026-cı ilin mart ayında Avropa Komissiyası diplomatik və xidməti pasport sahibi olan Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişi ilkin olaraq 12 ay müddətinə dayandırıb.


Vizasız rejimlə bağlı saziş dayandırıldıqda, Komissiya müvafiq üçüncü ölkə ilə “gücləndirilmiş dialoq” adlandırdığı prosesi başladır. Bu barədə Avropa Komissiyasının sözçüsü Markus Lamert “Euroscope”un Gürcüstan tərəfi ilə iyunun 11-də keçiriləcək görüşə dair sualını cavablandırarkən
bildirib.

“2026-cı ilin mart ayında Komissiya diplomatik və xidməti pasport sahibi olan Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişi ilkin olaraq 12 ay müddətinə dayandırdı. Bu qərar üzv dövlətlər arasında razılıq əldə olunduqdan sonra qəbul edildi. Vizasız gediş-gəliş haqqında saziş dayandırıldıqda, Komissiya müvafiq üçüncü ölkə ilə ‘gücləndirilmiş dialoq’ prosesinə başlayır. Bu prosesin məqsədi dayandırılmaya səbəb olan halların aradan qaldırılmasıdır. Bu kontekstdə iyunun 11-də Avropa Komissiyası ilə Gürcüstanın rəsmi nümayəndə heyəti arasında ilk görüş keçiriləcək. Görüş məhz bu məsələyə həsr olunacaq”, – Avropa Komissiyasının sözçüsü qeyd edib.

Onun sözlərinə görə, Komissiya hesab edir ki, Gürcüstan hakimiyyətinin addımları vizasız rejimin əsaslandığı prinsipləri sarsıdır.

“Xatırlatmaq istərdim ki, Komissiyanın mövqeyinə görə, Gürcüstan hakimiyyətinin fəaliyyəti vizasız rejimin əsaslandığı prinsiplərə, o cümlədən insan hüquqlarına və demokratik prinsiplərə hörmətə zərbə vurur. Bu addımlar Avropa İttifaqının norma və dəyərləri ilə uyğun gəlmir və Avropa İttifaqı ilə Gürcüstan arasında iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin sabit inkişafına mane olur”, – Markus Lamert bildirib.

Görüşdən sonra nələrin gözlənilə biləcəyi, hər hansı qiymətləndirmənin, açıq hesabatın, sual-cavab imkanının, brifinqin və ya başqa bir məlumatlandırma formatının olub-olmayacağı barədə suala isə sözçü belə cavab verib:
“Xeyr. Bu, dayandırma prosesi və onun konteksti çərçivəsində keçirilən texniki görüşdür. Görüşdən sonra mənə yenidən müraciət edin, bəlkə o zaman sizə əlavə məlumat təqdim edə bilərəm.”

 

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google