İran rəsmisi xəbərdarlıq edib ki, ölkədə yanacaq çatışmazlığı yay
aylarında elektrik stansiyalarında genişmiqyaslı elektrik
kəsintilərinə səbəb ola bilər.
İran Elektrik Sənayesi Sindikatının katibi Mehdi Məsaili bildirib
ki, kənd təsərrüfatı sektoru artıq bir aydan çoxdur ki, gündə beş
saat elektrik enerjisiz qalır. Onun sözlərinə görə, müxtəlif sənaye
sahələrində də həftədə bir gün elektrik kəsiləcək.
Məsaili iyunun
9-da deyib ki, hökumətin prioriteti əhalinin və
sənaye sektorunun elektrik enerjisi ilə təmin edilməsidir. Onun
sözlərinə görə, kənd təsərrüfatı sektorunda elektrik enerjisinin
məhdudlaşdırılması şəbəkənin sabitliyinin qorunmasına kömək edib,
nəzarət altında kəsintilər yaşayış evləri və müəssisələrdə daha
irimiqyaslı kəsintilərin qarşısını almağa imkan verib.
Rəsmi məlumatlara əsasən, İranda elektrik enerjisi istehlakının
təxminən 13-14 faizi kənd təsərrüfatı sektorunun, 40 faizi
sənayenin, 35 faizi isə məişət sektorunun payına düşür.
Məsaili bildirib ki, elektrik stansiyaları yanacaq çatışmazlığı ilə
üzləşib. O xəbərdarlıq edib ki, payız aylarınadək elektrik
stansiyalarının qaz təchizatı problemi həll olunmasa, payız və qış
mövsümündə ciddi elektrik qıtlığı yarana bilər.
Son vaxtlar hökumət rəsmiləri və enerji ekspertləri İranda qaz
çatışmazlığının daha da dərinləşdiyini bildiriblər. Onların
dediyinə görə, ölkədə qaz balansındakı kəsir təxminən 100 milyard
kubmetrə çatıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.