Kaspi şəhərində keçmiş həyat yoldaşını qətlə yetirən şəxs ömürlük həbs cəzasına məhkum edilib
Ötən il Kaspidə keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Zurab Burdul ömürlük azadlıqdan məhrum edilib. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Prokurorluğun açıqlamasında bildirilir ki, Qori Rayon Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə qəbul edib və təqsirləndiriləni keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilib.

Məhkəmə prosesində araşdırılan sübutlarla müəyyən olunub ki, 2025-ci
il sentyabrın 25-də Kaspidə təqsirləndirilən şəxs keçmiş həyat yoldaşına bıçaq xəsarətləri yetirib, daha sonra onun üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı ağır xəsarətlər nəticəsində oktyabrın 2-də xəstəxanada vəfat edib.

Məlumat üçün qeyd edək ki, qətlə yetirilən Tatia Lominadzənin bədəninin təxminən yarısında — 40-45 faizində yanıq xəsarətləri qeydə alınmışdı.

Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google