ABŞ Nümayəndələr Palatası Gürcüstanda Rusiya və Çin kəşfiyyatının
fəaliyyətinə dair hesabat hazırlanması haqqında qanun layihəsini
qəbul edib.
Bu addım hakim "Gürcü Arzusu" partiyasının rəhbərliyi altında rəsmi
Tbilisinin yürütdüyü siyasi kursdan Vaşinqtonun getdikcə daha çox
narahat olduğunu göstərən növbəti ciddi siqnaldır.
"Qafqazda Çinin nüfuzuna qarşı mübarizə aktı" adlı qanun layihəsi
iyunun 8-də Nümayəndələr Palatasında sürətləndirilmiş prosedurlarla
müzakirəyə çıxarılaraq
hər iki partiyanın dəstəyi ilə qəbul edilib.
Sənəd Gürcüstandakı Rusiya və Çin kəşfiyyat şəbəkələrinin
araşdırılmasını, Moskva və Pekinin əməkdaşlıq sahələrinin
müəyyənləşdirilməsini, həmçinin Vaşinqtonun Tbilisi ilə gələcək
münasibətlər strategiyasına dair hesabatların hazırlanmasını
nəzərdə tutur.
ABŞ konqresmenləri "Gürcü Arzusu" hökumətini ölkədə demokratiyanı
zəiflətməkdə, həmçinin Rusiya və Çin ilə yaxınlaşmaqda ittiham
edirlər. Digər tərəfdən, Gürcüstan cəmiyyətində Avroatlantik
inteqrasiya xəttinə geniş xalq dəstəyi qalmaqdadır.
Qanun layihəsinin müəllifi, Cənubi Karolinadan olan respublikaçı
konqresmen Co Uilson səsvermədən sonra AzadlıqRadiosuna bildirib
ki, bu təşəbbüsün əsas məqsədi Gürcüstan xalqını dəstəkləməkdir:
"Antiamerika mövqeli "Gürcü Arzusu" Gürcüstan xalqının iradəsini
təmsil etmir. Gürcü xalqı ABŞ ilə güclü münasibətlərin
tərəfdarıdır. Bunun yolu isə siyasi məhbusların azad edilməsindən,
azad və ədalətli seçkilərin keçirilməsindən, həmçinin Çin, Rusiya
və İranın zərərli təsirlərinin aradan qaldırılmasından keçir".
ABŞ şirkəti əvəzinə Çin konsorsiumunun
seçilməsi
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu yazır
ki, müzakirələr zamanı hər iki partiyanın təmsilçiləri bu qanun
layihəsini Gürcüstanda demokratiyanın geriləməsinə və xarici
təsirlərin genişlənməsinə qarşı zəruri cavab tədbiri kimi
qiymətləndiriblər.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin respublikaçı
sədri Brayan Mast son hadisələrin ölkədəki demokratiyanın vəziyyəti
ilə bağlı ciddi suallar doğurduğunu vurğulayıb. O, Pekinin
Gürcüstandakı nüfuzunun artmasına diqqət çəkərək strateji
əhəmiyyətə malik Anakliya dərin dəniz limanı layihəsi üçün ABŞ
şirkəti əvəzinə Çin konsorsiumunun seçilməsini tənqid edib:
"Rəqabət yaxşı haldır, amma belə kritik infrastrukturlardan söhbət
gedəndə tərəfdaşlarımız Çin Xalq Respublikasının yarada biləcəyi
riskləri mütləq nəzərə almalıdırlar".
B.Mast qeyd edib ki, qanun layihəsinin əsas məqsədi Gürcüstanda
Rusiya və Çin kəşfiyyat fəaliyyətinin miqyasını müəyyənləşdirmək və
rəsmi Tbilisinin ABŞ ilə sıx tərəfdaşlığa sadiq qalıb-qalmadığını
dəyərləndirməkdir.
Çin və Gürcüstanın yüksələn əlaqələri
Çin və Gürcüstan iyunun 9-da münasibətlərini "hərtərəfli strateji
tərəfdaşlıq" səviyyəsinə yüksəltdiklərini elan ediblər. Bu qərarı
Çin lideri Si Cinpin və Gürcüstan prezidenti Mixeil Kavelaşvili iki
ölkə arasında diplomatik əlaqələrin qurulmasının 34-cü ildönümündə
açıqlayıblar.
Baş nazir İrakli Kobaxidze brifinqdə bu günü "çox mühüm",
imzalanmış sazişi isə "çox vacib" adlandırıb. Hökumət başçısı bu
qərarın Gürcüstan-Çin münasibətlərini daha da dərinləşdirəcəyini
deyib. O, iki ölkə arasında viza rejiminin ləğv edildiyini,
həmçinin ticarət-iqtisadi əməkdaşlıqda "konkret və nəzərəçarpan"
nəticələrin əldə olunduğunu vurğulayıb.
ABŞ bu yaxınlaşmaya kəskin reaksiya verib. "Qeyri-legitim "Gürcü
Arzusu" rejimi Gürcüstan xalqının iradəsinə və ABŞ-nin maraqlarına
zidd olaraq ölkəni Çin Kommunist Partiyasına, müharibə cinayətkarı
Putinə və İrana satmaqdadır", – konqresmen Co Uilson deyib. Onun
sözlərinə görə, yeni qanun layihəsi münasibətlərin gərgin olduğu
bir dönəmdə Gürcüstanın ABŞ-dən aldığı irihəcmli maliyyə yardımının
gələcək taleyini müəyyənləşdirməyə imkan verəcək.
Buna baxmayaraq, qanun layihəsinin tərəfdarları dəfələrlə
vurğulayıblar ki, bu təşəbbüs Gürcüstanı cəzalandırmaq yox, yerli
vətəndaşları dəstəkləmək məqsədi daşıyır. Demokrat konqresmen Ami
Bera bildirib ki, sənəd "Gürcüstan hökumətini qaralamağa
yönəlməyib", əksinə, ABŞ-nin Gürcüstan xalqının Avroatlantik
inteqrasiya arzularına sadiqliyini göstərir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd Senatda təsdiqlənməli
və ABŞ prezidenti tərəfindən imzalanmalıdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.