ABŞ-nin İrana zərbələrinin 'tamamlandığı' bildirilir
ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri İrana zərbələrin “tamamlandığını” bildiriblər.

Birləşmiş Ştatlar iyunun 9-da İrana “özünümüdafiə” zərbələri endirdiyini açıqlayıb. Bu açıqlamadan bir neçə saat əvvəl prezident Donald Tramp İran qüvvələrinin Hörmüz boğazı üzərində ABŞ Ordusunun “Apache” helikopterinin vurmasına Vaşinqtonun cavab verməli olacağını demişdi.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X platformasında bəyanatda bildirib ki, qüvvələri “dünən ABŞ Ordusuna
məxsus Apache helikopterinin vurulmasına cavab olaraq” İrana “özünümüdafiə” zərbələrinə başlayıb.

“Bu, ötən gecə helikopterimizə etdiklərinə cavabdır və hesab edirəm ki, cavab çox güclü, çox sərt olmalıdır. Bu da məhz belə bir cavabdır”, – Tramp “ABC News”a deyib.

Partlayışlar
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli Fars xəbər agentliyi Hörmüzqan vilayətinin şərq bölgələrində partlayışların eşidildiyini bildirib. Mehr xəbər agentliyi isə Sirik limanı ətrafında partlayışların baş verdiyini yazıb.

Qeşm adası və Cask şəhəri ətrafında yaşayanların, yerli mənbələrin də partlayış səsləri eşitdikləri bildirilir.

Tramp iyunun 9-da “Truth Social” platformasında yazıb ki, ABŞ hərbçiləri ona “iranlıların bizim yüksək texnologiyalı Apache helikopterlərimizdən birini vurduqları”nı deyiblər və “ABŞ bu hücuma mütləq cavab verməlidir”.

O bildirib ki, helikopterdəki iki pilot “sağdır və xəsarət almayıb”.

Araşdırma getdiyi deyilirdi
Bundan əvvəl CENTCOM Oman sahilləri yaxınlığında regional sularda patrul xidməti həyata keçirən AH-64 Apache helikopterinin qəzaya uğradığını, ekipajın iki üzvünün xilas edildiyini təsdiqləmişdi. İnsidentin səbəbinin araşdırıldığı bildirilir.

Trampın paylaşımından öncə məsələdən xəbərdar mənbələr jurnalistlərə deyiblər ki, helikopterin İran tərəfindən vurulub-vurulmadığı, texniki nasazlıqla üzləşib-üzləşmədiyi, başqa problemin olub-olmadığı hələ aydın deyil.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin zərbələri “bizim qətiyyətimizi sınaqdan keçirmək” məqsədi daşıyır və Tehran “heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”.

Hücumlardan əvvəl Tramp tərəflərin uzunmüddətli sülh sazişinə yaxın olduqlarını bildirmişdi.

O, iyunun 9-na keçən gecə jurnalistlərə deyib ki, tərəflər “heç bir halda nüvə silahına imkan verməyəcək çox, çox yaxşı bir razılaşmanın” yekun mərhələsinə çatıb. Aprelin əvvəlində atəşkəs qüvvəyə minsə də, çox az irəliləyiş baş verib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google