Ermənistanda müxalifət liderlərindən olan Qaqik Tsarukyana qarşı
xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma maddəsi ilə cinayət
işi başladılıb.
Bu barədə Baş Prokurorluqdan AzadlıqRadiosunun erməni xidmətinə
(Azatutyun) məlumat verilib.
"Azatutyun" yazır ki, qətimkan tədbiri olaraq Tsarukyanın ölkədən
çıxışına qadağa qoyulub. Digər detallar hələlik açıqlanmayıb.
"Çiçəklənən Ermənistan" partiyasının lideri Q.Tsarukyan hələ də 7
iyun parlament seçkilərində deputatlığa namizəd
statusunu daşıyır.
Qanunvericiliyə görə, onun barəsində cinayət təqibinin başlanması
üçün Mərkəzi Seçki Komissiyasının (MSK) icazəsi tələb olunur. MSK
isə bu məsələ ilə bağlı qərarı komissiya üzvlərinin ümumi sayının
azı üçdə ikisinin səsi ilə qəbul edir.
Bununla belə, MSK sözçüsü "Azatutyun"a bildirib ki, prokurorluqdan
hələlik Tsarukyana qarşı cinayət təqibinə başlanması ilə bağlı
rəsmi müraciət daxil olmayıb.
Ermənistanın yerli mediasının yazdığına görə, Tsarukyan iyunun 9-da
səhər saatlarında ölkəni tərk etmək istəsə də, hüquq-mühafizə
orqanları buna imkan verməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.