Konqo Demokratik Respublikasında "Ebola" qızdırmasından
laboratoriya yolu ilə təsdiqlənmiş ölüm hallarının sayı 115-ə
çatıb.
Bu barədə ölkənin Rabitə və Media İşləri üzrə nazirliyi
bildirib.
Qurumun məlumatına əsasən, indiki epidemiya zamanı "Ebola" virusu
ilə yoluxanların sayı 598 nəfərə çatıb. Bir gün əvvəl bu
göstəricilər 101 ölüm hadisəsi və 550 yoluxma təşkil edirdi.
Hazırda tibb müəssisələrində 297
xəstə müalicə alır. Ölüm nisbəti
19,2 % təşkil edir.
Xəstəliyin yayılması İturi, Şimali Kivu və Cənubi Kivu
vilayətlərindəki 25 rayonu əhatə edib. Son sutkada infeksiyanın
yayılma zonasından kənarda yeni yoluxma halı qeydə alınmayıb.
Hakimiyyət orqanları yoluxmuş şəxslərlə təmasda olmuş insanların
aşkarlanması üzrə işləri davam etdirir. Təmasların izlənilməsi
göstəricisi 56,3 % təşkil edir.
Xatırladaq ki, "Ebola" qızdırmasının indiki epidemiyası mayın 15-də
Konqo Demokratik Respublikası və Uqandada başlayıb. Mütəxəssislər
xəbərdarlıq edirlər ki, bu, son onilliklər ərzində ən genişmiqyaslı
və ən ölümcül epidemiyalardan birinə çevrilə bilər.
Mənbə: report.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.