Netanyahunun ofisi: 'Tramp İsraili İranın nüvə materialları ilə bağlı əmin edib'
İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp ona təminat verib ki, Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmada İranın zənginləşdirilmiş nüvə materialları ehtiyatlarının ölkədən çıxarılması bəndi mütləq yer alacaq.

Netanyahunun ofisi bu barədə iyunun 11-də "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilir ki, Tramp və Netanyahu telefon danışığı zamanı İranla
danışıqlara başlamaq üçün hazırlanmış anlaşma memorandumunu (MOU) müzakirə ediblər: "İsrail bu anlaşma memorandumunun tərəfi olmasa da, baş nazir prezident Trampın öhdəliyini yüksək qiymətləndirib. Belə ki, danışıqların sonunda əldə olunacaq yekun razılaşmaya zənginləşdirilmiş materialların ölkədən çıxarılması, uranın zənginləşdirilməsi infrastrukturunun sökülməsi, raket istehsalına məhdudiyyətlər qoyulması və İranın regiondakı terrorçu proksi qüvvələrinə dəstəyinin dayandırılması bəndləri salınacaq".

D.Tramp iyunun 11-də bəyan edib ki, Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün İranla "möhtəşəm razılaşma" əldə olunub və sənəd artıq bu həftəsonu Avropada imzalana bilər.

"İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə razılığa gəlmişik. Bütün bu prosesdən keçməyimizin əsas məqsədi də məhz bu idi. Bu, çox böyük bir hadisədir", – Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google