Ermənistanda 7 iyun parlament seçkilərində baş nazir Nikol Paşinyan
qələbə qazansa da, qanunverici orqanda üçdə iki səs çoxluğunu əldə
edə bilməyib.
Qərb mediası yazır ki, bu nəticə Azərbaycanla sülh sazişinin
yekunlaşdırılması üçün tələb olunan konstitusiya dəyişikliklərinin
həyata keçirilməsini çətinləşdirəcək.
Karneqi Fondundan Alper Coşkun və Qaro Paylan qeyd edirlər ki,
tərəflərdən heç biri mövcud vəziyyətdən bəhanə kimi
istifadə
etməməlidir. Çünki sülh prosesi yubanarsa, prosesi pozmaq istəyən
qüvvələr üstünlüyü ələ keçirəcək, Ermənistan cəmiyyəti isə
münasibətlərin normallaşmasına birtərəfli güzəşt kimi baxmağa
meyllənəcək.
Müəlliflər iyulda NATO-nun Ankarada keçiriləcək sammitinin mühüm
bir diplomatik fürsət olduğunu vurğulayırlar. Onlar Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində ABŞ
prezidenti Donald Tramp, Ermənistan baş naziri Nikol Paşinyan və
Azərbaycan prezidenti İlham Əliyev arasında görüş təşkil etməsinin
vacibliyini vurğulayırlar.
Daha sonra Türkiyə–Ermənistan sərhədi birbaşa ticarət və üçüncü
ölkə vətəndaşları üçün açıla bilər. Müəlliflərin fikrincə, bu addım
təkcə ikitərəfli jest olmaqla qalmayacaq, həm də Ermənistanın çətin
strateji reoriyentasiya prosesinin konkret iqtisadi reallıqlara
söykənməsinə kömək edəcək. Eyni zamanda, Ermənistanla normallaşma
Ankaranın da çoxdankı strateji hədəflərini irəli apara, onun Orta
Dəhlizlə bağlı ambisiyalarını dəstəkləyə, Cənubi Qafqazda nüfuzunu
genişləndirə və Vaşinqtonla Brüssel ilə müsbət gündəm yarada
bilər.
Sülhə doğru kiçik addımlara fokuslanmalı
"Bu seçki paradoksal olaraq həm sülh gündəliyini təsdiqlədi – çünki
Paşinyan qalib gəldi və kifayət qədər yaxşı çoxluq əldə etdi, digər
tərəfdən isə sülh prosesinin mövcud formatda gələcəyini sual altına
qoydu". Bunu isə Londonda yerləşən "Chatham House" analitik
mərkəzinin Qafqaz üzrə eksperti Lourens Broers "Eurasianet"
portalına açıqlamasında deyib.
Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası seçkilərdə
səslərin 50 faizindən bir qədər azını toplayıb və 105 yerlik
parlamentdə təxminən 64 mandat qazanacağı gözlənilir. Müqayisə
üçün, bu partiya 2021-ci ilin növbədənkənar seçkilərində 53 faiz
səs və 71 mandat qazanmışdı. Rusiyayönlü "Güclü Ermənistan"
partiyası və "Ermənistan" Alyansı isə, uyğun olaraq, 29 və 12
mandat əldə ediblər.
Rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini və Dağlıq
Qarabağa dair hər hansı ərazi iddiasının oradan çıxarılmasını tələb
edir. Ermənistanın mövcud konstitusiyasında 1991-ci ilin
Müstəqillik Bəyannaməsinə istinad var ki, orada da Qarabağ
Ermənistanın tarixi hissəsi adlandırılır.
Yazının müəllifi Aleksandr Tomson qeyd edir ki, "Vətəndaş
Müqaviləsi" partiyası referendum keçirməyin və ya konstitusiyanı
dəyişdirməyin başqa bir hüquqi yolunu tapsa belə, Müstəqillik
Bəyannaməsinə edilən istinadın konstitusiyadan çıxarılmasını erməni
seçicilərinin əksəriyyətinin dəstəkləyib-dəstəkləməyəcəyi
qeyri-müəyyən olaraq qalır.
Broersin fikrincə, konstitusiya referendumu məsələsinin çıxılmaz
vəziyyətə düşdüyü bir şəraitdə Ermənistan və Azərbaycan davamlı
sülhə doğru daha kiçik addımlara diqqət yetirməli olacaqlar. Bura
"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi
üzrə işlərin davam etdirilməsi də daxildir. Ekspertin fikrincə,
mövcud vəziyyət regional proseslərdə yaxından iştirakını qoruyub
saxlaması üçün ABŞ-yə həm yeni imkanlar açır, həm də üzərinə
müəyyən məsuliyyət qoyur.
Azərbaycan və Ermənistan 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh
sazişini paraflayıblar. Həmin sənəddə tərəflər bir-birinin ərazi
bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan edir, qarşılıqlı
ərazi iddialarının dayandırılmasını vacib sayırlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.