ABŞ və İran son günlər hərbi qarşıdurmalara baxmayaraq, ilkin
razılaşmanın əldə olunması istiqamətində səylərini
intensivləşdirib.
Dəniz Strategiyası Mərkəzinin milli təhlükəsizlik üzrə baş müşaviri
Mett Rayzener AzadlıqRadiosuna açıqlamasında hərbi təzyiqlərlə
diplomatik səylərin eyni vaxtda davam etdirilməsinin səbəblərinə
toxunub. O, həmçinin Tehranla imzalanacaq hər hansı bir razılaşmada
İsrail amilinin rolunu izah edib.
Bu gün ABŞ və İsrailin İranla
qarşıdurması hansı mərhələdədir,
gərginlik səngiməyə doğru gedirmi? Rayzenerin fikrincə, ABŞ və İran
arasında bir çox fundamental məsələlər üzrə hələ də ciddi fikir
ayrılıqları qalmaqdadır. Prezident Donald Tramp açıq şəkildə
bildirib ki, İranın nüvə silahı əldə etməsi üçün heç bir etibarlı
yol qalmamalıdır. İran isə 2015-ci il nüvə sazişi (JCPOA) ilə
üzərinə götürdüyü öhdəliklərdən daha artığını qəbul etmək
niyyətində olmadığını göstərir.
Digər tərəfdən, ABŞ Hörmüz boğazının qeyd-şərtsiz açıq qalmasında
israr edir, İran isə bu strateji su yoluna nəzarəti əlində
saxlamağa çalışır.
"ABŞ-nin mövqeyindən yanaşdıqda belə bir haqlı sual
yaranır: əgər sanksiyalar yumşaldılsa və dondurulmuş aktivlər
açılarsa, İranın saziş şərtlərinə əməl edəcəyinə necə inanmaq olar?
Danışıqlar aparan tərəflərin mənfi tarixi təcrübəsi onların ortaq
məxrəcə gəlməsini çətinləşdirir", – ekspert
vurğulayır.
Ekspertin fikrincə, Livandakı hərbi əməliyyatlar da sülh sazişinin
imzalanması yolunda ciddi əngələ çevrilib.
"Heç biri asan məsələ deyil"
Bəs sülhün çərçivə sazişi üçün ən çətin məqam hansı məsələ olacaq?
Rayzener bu problemlərin heç birinin həllini asan saymır.
"Fərz edək ki, İran nüvə proqramına məhdudiyyətlərin
qoyulmasını prinsipcə qəbul etdi. Bu halda sanksiyalar proqram ləğv
edilməzdən əvvəl, yoxsa sonra yumşaldılmalıdır? Tehran sadə vədlər
qarşılığında zənginləşdirilmiş urandan imtina etməyəcək. Bəlkə,
mərhələli saziş mümkündür? Yəni İran öz nüvə infrastrukturunun
elementlərini təhvil verdikcə, sanksiyalar və blokada da mərhələli
şəkildə yumşaldılsın", – təhlilçi bildirir.
Onun fikrincə, İsrail amili bu məsələni daha da qəlizləşdirir.
Təl-Əviv İranın nüvə proqramını tamamilə ləğv etməyən, sadəcə
məhdudlaşdıran yarımçıq sazişlərlə razılaşmaya bilər:
"Baş nazir Binyamin Netanyahu illərdir İranı İsrail
üçün varlıq təhdidi kimi təqdim edir. Buna görə də Vaşinqtonun əldə
etdiyi yeni razılaşma hər hansı formada 2015-ci ilin nüvə sazişini
xatırladarsa, Netanyahunun koalisiyasının sağ qanadının bunu qəbul
edib-etməyəcəyi böyük sual altındadır. Əks halda, bu münaqişə bir
neçə ay və ya bir neçə ildən sonra yenidən alovlana
bilər."
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.