Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol
barəsində daha 30 il azadlıqdan məhrum etmə hökmü çıxarıb.
Bu barədə məlumatı "Yonhap" agentliyi yayıb. Məhkəmə keçmiş dövlət
başçısını 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan
edilməsinə zəmin yaratmaq məqsədilə Şimali Koreya ilə münaqişəni
qəsdən alovlandırmağa cəhd göstərməkdə təqsirli bilib.
İstintaqın versiyasına görə, Yun Sok Yol
2024-cü ilin oktyabrında
Şimali Koreya ərazisinə dronların göndərilməsinə şəxsən göstəriş
verib və bununla da regionda vəziyyətin gərginləşəcəyinə ümid
edib.
Eyni cinayət işi üzrə keçmiş müdafiə naziri Kim Yon Hyon 30 il,
hərbi əks-kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yo İn Hyun isə 15 il
müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl Yun Sok Yol artıq bir dəfə ömürlük həbs cəzası alıb;
məhkəmə onu 2024-cü ildə hərbi vəziyyət elan etmək cəhdinə, qiyam
təşkilinə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə təqsirli
bilib.
Xüsusi prokuror keçmiş prezidentə ölüm hökmü verilməsini istəsə də,
Cənubi Koreyada 1997-ci ildən bəri bu cəzanın icrasına moratorium
tətbiq olunduğu üçün iddia təmin edilməyib.
Hazırda 65 yaşında olan Yun Sok Yol ona qarşı irəli sürülən bütün
ittihamları rədd edir. O bildirib ki, dövlət başçısı kimi hərbi
vəziyyət elan etmək üçün konstitusiya səlahiyyətinə malik olub və
onun yeganə məqsədi müxalifət partiyalarının hökumətin fəaliyyətinə
necə mane olduğunu ictimaiyyətə göstərmək idi.
Xatırlatma
2024-cü ilin sonlarında Yun Sok Yol "Şimali Koreyanın ölkə
daxilindəki tərəfdarları ilə mübarizə aparmaq" bəhanəsi ilə hərbi
vəziyyət elan etmişdi. Sözügedən fərmanla siyasi partiyaların
fəaliyyəti, etirazlar və tətillər qadağan edilmiş, mediaya senzura
qoyulmuşdu. Sənəd həmçinin ölüm cəzası vermək hüququ olan
hərbi-səhra tribunallarının yaradılmasını da ehtiva edirdi. Amma bu
sənəd cəmi altı saat qüvvədə qaldı; hərbçilərin parlament binasına
basqın etməsinə baxmayaraq, deputatlar hərbi vəziyyətin ləğv
olunmasına səs verdilər.
Artıq 2024-cü ilin dekabrında parlament Yun Sok Yolun vəzifəsindən
kənarlaşdırılması (impiçment) barədə qərar qəbul etdi. Növbəti ilin
yanvarında müstəntiqlər əvvəlcə onu həbs edə bilməsələr də, daha
sonra məhkəmə sabiq prezidentin saxlanılması barədə qərar çıxardı.
Fevralda siyasətçi Seul Mərkəzi Dairə Məhkəməsinə apellyasiya
şikayəti verdi və məhkəmə onun xeyrinə qərar çıxararaq martın
əvvəlində onu azadlığa buraxdı. Ancaq o, azadlıqda çox qala
bilmədi; iyulda sübutları məhv etmə ehtimalı əsas gətirilərək
yenidən həbsxanaya göndərildi.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.