İran və ABŞ arasında hazırlanan anlaşma memorandumunun layihəsində
Tehranın nüvə silahı hazırlamamaq öhdəliyi yer alıb.
Bu barədə İranın dövlətə bağlı "Mehr" xəbər agentliyi iyunun 12-də
adını açıqlamadığı rəsmi mənbəyə istinadən məlumat yayıb. Layihədə
Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların
həmişəlik dayandırılması, Hörmüz boğazının 30 gün ərzində yenidən
açılması və İranın nüvə proqramı üzrə yekun
sazişin əldə olunması
üçün 60 günlük danışıqlar mərhələsinin başladılması nəzərdə
tutulur.
AzadlıqRadiosu bu iddiaları hələlik digər müstəqil mənbələrdən
təsdiqlədə bilməyib.
ABŞ prezidenti Donald Tramp iyunun 11-də bəyan edib ki, fevralın
28-də başlamış müharibəyə son qoymaq üçün İranla "möhtəşəm
razılaşma" əldə olunub və sənədin yaxın günlərdə imzalanması
gözlənilir.
"İranın heç vaxt nüvə silahına sahib olmayacağı ilə
bağlı razılığa gəlmişik. Bütün bu prosesdən keçməyimizin əsas
məqsədi də məhz bu idi", – Tramp Oval Ofisdə
jurnalistlərə açıqlamasında bildirib. Ağ ev isə gözlənilən sazişin
məzmunu barədə hələlik əlavə şərh verməyib.
Agentlik sənəddə Tehranın xeyrinə olan mühüm bəndlərin də yer
aldığını iddia edir: bura İrana qarşı dəniz blokadasına son
qoyulması, ABŞ ordusunun İran ətrafındakı bölgələrdən çıxarılması,
sanksiyaların dayandırılması və dondurulmuş 24 milyard dolların
geri qaytarılması daxildir.
"Mehr" İran Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən yazıb ki,
sənədin rəsmən qüvvəyə minməsi üçün İran rəhbərliyinin yekun
təsdiqi tələb olunur.
Adətən danışıqlar prosesində İran dövlət mediasından müəyyən
ideyaları gündəmə gətirmək və ya konkret şərtləri irəli sürmək üçün
tez-tez manipulyasiya vasitəsi kimi istifadə olunur. Bu səbəbdən
sızdırılan bənzər məlumatlar bir çox hallarda sonradan qeyri-dəqiq
və ya natamam çıxır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.