ABŞ-də B-52 strateji bombardmançısı qəzaya uğrayıb
İyunun 15-də ABŞ-nin Kaliforniya ştatının cənubunda "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb. Hadisə təyyarə Edvards Hərbi Hava Bazasından havaya qalxarkən baş verib. Təyyarə alovlanıb və səkkiz ekipaj üzvünün hamısı həlak olub.

B-52 nüvə silahı daşımaq qabiliyyətinə malik ağır, uzaqmənzilli strateji bombardmançıdır. Bu tip təyyarələr ilk dəfə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalına 1950-ci illərdə daxil edilib.
Bir neçə B-52 bombardmançısı İrana qarşı son hərbi kampaniyada iştirak edib.

Səkkizmühərrikli reaktiv təyyarə növbəti sınaq uçuşu həyata keçirirdi.

ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Ceyms Heyz hadisədən bir neçə saat sonra bildirib ki, təyyarə havaya qalxdıqdan dərhal sonra uçuş-eniş zolağının yaxınlığında yerə çırpılıb. Onun sözlərinə görə, bu uçuş radarların modernləşdirilməsi proqramına dəstək məqsədi daşıyırdı.

Qəzanın dəqiq səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google