Daxili İşlər Nazirliyininin Tbilisi Polis Departamentinin Köhnə
Tbilisi Baş İdarəsinin əməkdaşları, narkotik vasitələrin qanunsuz
satışı ittihamı ilə iki nəfəri saxlayıblar.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlardan biri əvvəllər
məhkum olunub.
"İş üzrə keçirilmiş gizli istintaq tədbirləri
nəticəsində cinayət əməli tam sübuta yetirilib. Belə ki, polis
məhkəmənin qərardadı əsasında təqsirləndirilən şəxslərdən birindən
bir neçə dəfə narkotik vasitələrin nəzarətli satınalınmasını həyata
keçirib və sözügedən prosesin gizli audio və video çəkilişini təmin
edib", - DİN yazır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin
şəxsi və yaşayış evlərində apardıqları axtarışlar, eləcə də onların
göstərdikləri yerlərdən maddi sübut kimi satış üçün hazırlanmış
narkotik vasitələr və ehtimal ki, satış nəticəsində əldə olunmuş
pul vəsaiti götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə
istintaq aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan
məhrumetməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.