DİN Tbilisidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə iki nəfəri saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq tədbirləri nəticəsində iki nəfər saxlanılıb.

Onlar odlu silahın qanunsuz alınması-saxlanılması, azadlığın qanunsuz məhdudlaşdırılması və qəsdən adam öldürməyə cəhddə ittiham olunurlar.

"İstintaqla müəyyən edilib ki, Tbilisinin Kurdiani küçəsində yerləşən yaşayış evlərindən birində baş verən mübahisə fiziki qarşıdurmaya çevrilib. Məlum olub ki, təqsirləndirilən şəxslər bir nəfərin azadlığını qanunsuz
olaraq məhdudlaşdırıblar, odlu silahdan açılan atəş nəticəsində isə üç nəfər yaralanıb ki, onlardan biri də elə təqsirləndirilən şəxsin özüdür",
- DİN-in bəyanatında bildirilir.

Qarşıdurma zamanı yaralılardan biri hadisə yerindən qaçmağa çalışarkən yaşayış binasının eyvanından yıxılaraq həyatla bir araya sığmayan xəsarətlər alıb. Digər iki yaralı isə müvafiq tibbi yardımın göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün gecə boyu fasiləsiz rejimdə apardıqları operativ-istintaq tədbirləri nəticəsində cinayəti törədən hər iki şəxsi saxlayıblar. Polis cinayət aləti olan silahı maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236, 19-108 və 143-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 15 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google