Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük məmurları, eləcə
də həmin nazirliyin İstintaq Xidmətinin əməkdaşları ilə
koordinasiyalı şəkildə Gürcüstan sərhədindən xüsusilə külli
miqdarda
bəyan edilməmiş siqaretin qanunsuz yolla ölkəyə gətirilməsi
cəhdinin qarşısını alıblar.
Əməliyyat tədbirləri və kompleks gömrük prosedurları çərçivəsində
müəyyən edilib ki, Belarusda qeydiyyatda olan və beynəlxalq
daşımalar həyata keçirən yük avtomobili Gürcüstanın dövlət
sərhədini “Qırmızı Körpü” gömrük-keçid məntəqəsindən
keçərək daxil
olub.
Nəqliyyat sənədlərinə və yükü müşayiət edən digər sənədlərə əsasən,
yük maşını 290 ədəd metal qapı ilə yüklənibmiş və yükün son təyinat
ölkəsi Çexiya Respublikası olub.
Risk meyarlarının qiymətləndirilməsi və təhlili əsasında sözügedən
yük avtomobili saxlanılıb və növbəti ətraflı baxışın keçirilməsi
məqsədilə gömrük nəzarəti zonasına yerləşdirilib.
Səlahiyyətli şəxslər tərəfindən qapılardan birinin içinin açılması
nəticəsində gizli şəkildə yerləşdirilmiş 1496 qutu bəyan edilməmiş,
aksizsiz siqaret aşkar edilib. Bütün yükün yoxlanılması zamanı isə
ümumilikdə 433 840 qutu müxtəlif markalı filtirli siqaret tapılıb,
xüsusən də: “Menthol Queen”, “NZ” və “MINSK”.
Qurumun məlumatına görə, məcburi aksiz markası ilə markalanmalı
olan siqaretlərin ümumi bazar dəyəri 2 429 504 lari təşkil edib.
İşin materialları növbəti hüquqi tədbirlərin görülməsi üçün Maliyyə
Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.