'Livana hücum razılaşmanı pozacaq' – Əraqçi İsraili xəbərdar etdi
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranla ABŞ arasında yekun sazişin əldə olunması məqsədilə yeni danışıqlar raundu iyunun 19-da, cümə günü İsveçrədə başlayacaq.

Əraqçi iyunun 16-da deyib ki, müvəqqəti razılaşma rəsmi qüvvəyə mindikdən sonra danışıqlar yekun sazişin hazırlanmasına yönələcək.

O həmçinin xəbərdarlıq edib ki, bundan sonra İsrailin Livana hər hansı hücumu və ya Livan
ərazisində qalması ABŞ-la müvəqqəti razılaşmanın pozulması sayılacaq.

"Fikrimizcə, bu memorandumun tərəfləri – bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və "Hizbullah"dır", – Əraqçi bildirib.

ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir. Avropa İttifaqı isə onun yalnız silahlı qanadını qara siyahıya salıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google