Salome Zurabişviliyə demokratiyanın və insan hüquqlarının müdafiəsi
sahəsində xüsusi xidmətlərinə görə
Freedom House tərəfindən Mark Palmer Mükafatı təqdim edilib.
Mətbuat xidmətinin məlumatına görə, mükafatın təqdim olunması
münasibətilə xüsusi təntənəli mərasim Gürcüstanın beşinci
prezidenti Salome Zurabişvilinin şərəfinə Vaşinqtonda beynəlxalq
insan haqları təşkilatı tərəfindən təşkil olunub.
Təşkilatın açıqlamasında bildirilir ki, bu mükafat Salome
Zurabişvilinin son illərdə Gürcüstanın Avropa
kursunun və
demokratik inkişafının müdafiəsində oynadığı xüsusi rolu
vurğulayır. Həmçinin, ona 2026-cı il Mark Palmer Mükafatının təqdim
edilməsi onun prinsipial liderliyinin və demokratik dəyərlərə
sadiqliyinin tanınmasıdır.
Mark Palmer Mükafatı demokratiyanın və insan hüquqlarının
inkişafına mühüm töhfə vermiş diplomatlara və hökumətlərarası
təşkilatlarda çalışan rəsmi şəxslərə təqdim edilir. Mükafatın
laureatı demokratik dəyərlərə, azad seçkilərə, vətəndaş
azadlıqlarına və qanunun aliliyinə dəstəyi ilə seçilməlidir.
Təltifetmə mərasimində çıxış edən Salome Zurabişvili deyib:
“Mark Palmer Mükafatı Komitəsinə və Freedom House-a
təşəkkür etmək istəyirəm. Bu mükafata nə dərəcədə layiq olduğumu
bilmirəm, amma bir şeyə tam əminəm ki, Gürcüstanda bu mükafata
həqiqətən layiq olan çox sayda insan var.
Bunlar artıq 18 aydır ki, tamamilə əsassız şəkildə həbsdə
saxlanılan vicdan məhbuslarıdır. Onlar yalnız Gürcüstanın yolunu və
müstəqilliyini müdafiə etdiklərinə və bunu açıq şəkildə dilə
gətirdiklərinə görə həbs olunublar.
Əminəm ki, bu mükafat həbsdə olan və amansız, qeyri-insani rəftara
məruz qalan jurnalistlərə də məxsusdur.
Əminəm ki, bu mükafata bu gün Gürcüstanda sadəcə səki kənarında
dayandıqlarına görə həbs edilən insanlar da layiqdirlər.
Ümumilikdə, Gürcüstan tərəfdaşlarımızın daha çox diqqətinə
layiqdir. Baxmayaraq ki, Gürcüstandakı mövcud rejim nə rəğbətə, nə
də xüsusi diqqətə layiqdir.
İki məqamı xüsusi vurğulamaq istəyirəm. Birincisi, bu, həqiqətən də
demokratiyanın geriləməsidir. Amma mən bu ifadəni sevmirəm, çünki
baş verənlər sadəcə geriləmə deyil; bu, demokratiyanın dağıdılması
və məhv edilməsidir.
İkincisi isə odur ki, Gürcüstan nümunəsində söhbət yalnız diktatura
və avtoritar rejimin yüksəlişindən getmir. Bu, Rusiya tərəfindən
idarə olunan, yaxşı təşkil edilmiş və incəliklə hazırlanmış bir
plandır. Model Rusiyada yaradılıb və biz sadəcə həmin modeli
izləyirik.
Bütün repressiv qanunlar Rusiya qanunlarının dəqiq surətləridir. Bu
sahələrdə Rusiya xüsusi xidmət orqanlarının izini görmək mümkündür.
Onlar indi cəmiyyəti təkcə repressiya etməyə deyil, həm də
ümidsizliyə və depressiyaya sürükləməyə çalışırlar.
Gürcüstanda baş verənlər Amerika Birləşmiş Ştatları üçün də
əhəmiyyətlidir. Çünki Moskvanın Qafqaza bu qədər asan şəkildə
qayıtmasına imkan verilməsi Rusiyaya yanlış siqnal olardı. Mən
hesab etmirəm ki, Rusiya keçmiş Sovet İttifaqını bərpa etməyə
çalışır, buna ehtiyacı da yoxdur. Bu günün məqsədi qeyri-dövlət,
qeyri-demokratik məkanlar yaratmaqdır; ən azı elə bir məkan ki,
orada Avropa və Amerikanın artıq yeri
olmasın”.
Mənbə: publika.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.