2026-cı ilin ilk yarısında Tullantıların İdarə Edilməsi Məcəlləsinin pozulması ilə bağlı 2 664 fakt aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları 2026-cı il yanvarın 1-dən iyunun 30-dək Tullantıların İdarə Edilməsi Məcəlləsinin pozulması ilə bağlı 2 664 fakt aşkarlayıblar.

Qurumun məlumatına görə, aşkarlanan hüquq pozuntularından 713-ü məişət tullantıları ilə ətraf mühitin çirkləndirilməsi, 267-si məişət üçün təhlükəli hesab olunmayan tullantıların açıq şəkildə və ya təyinatı üzrə nəzərdə tutulmayan
yandırma qurğularında yandırılması, 250-si tikinti və ya digər inert materiallarla ətraf mühitin çirkləndirilməsi, 240-ı şirkətlərin tullantıların idarə olunması planının təqdim edilməsi və həmin planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi tələblərinin pozulması, 85-i kanalizasiya və ya liləbənzər tullantılarla ərazinin çirkləndirilməsi, 46-sı heyvan cəsədlərinin qalıqları ilə ətraf mühitin çirkləndirilməsi, 5-i təhlükəli tullantıların idarə olunması ilə bağlı tələblərin və öhdəliklərin yerinə yetirilməməsi, 1 058-i isə digər növ hüquq pozuntularıdır.

Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına əsasən, Tullantıların İdarə Edilməsi Məcəlləsinin pozulması ilə bağlı ən çox – 654 fakt Kvemo Kartli bölgəsində qeydə alınıb. Kaxetidə 372, Mtsxeta-Mtianetidə 250, Acarıstanda 200, İmeretidə 184, Şida Kartlidə 176, Samtsxe-Cavaxetidə 146, Sameqrelo-Zemo Svanetidə 130, Quriyada 18, Raça-Leçxumi-Kvemo Svannetidə isə 2 hüquq pozuntusu aşkarlanıb.

Hüquq pozuntuları paytaxtda da qeydə alınıb. Qurumun məlumatına görə, 2026-cı ilin ilk altı ayı ərzində Tbilisidə Tullantıların İdarə Edilməsi Məcəlləsinin pozulması ilə bağlı 532 fakt müəyyən edilib.

Ətraf Mühitə Nəzarət Departamentinin bəyanatına görə, tullantıların idarə olunmasına dövlət nəzarətinin səmərəli şəkildə həyata keçirilməsi qurumun əsas prioritetlərindən biridir. Departamentin ekipajları ətraf mühitlə bağlı hüquq pozuntularının qarşısının alınması, aşkarlanması və aradan qaldırılması məqsədilə ölkə üzrə 24 saat fasiləsiz patrul xidməti həyata keçirirlər.

Bununla yanaşı, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 153 nömrəli qaynar xəttinə daxil olan hər bir müraciətə dərhal reaksiya verilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google