Marneuli meriyası kondisionerlərin təmizlənməsinə 6 100 lari xərcləyəcək
Marneuli meriyası inzibati binada yerləşən kondisionerlərin təmiri və texniki xidmətinin göstərilməsi ilə bağlı işlər həyata keçirməyi planlaşdırır.

Yerli özünüidarəetmə orqanı bu işlərin görülməsi üçün fiziki şəxs Elvar Nəbiyevlə 6 100 lari dəyərində sadələşdirilmiş satınalma müqaviləsi bağlayıb.

Satınalma şərtlərinə əsasən, meriyanın balansında olan 61 kondisionerin daxili və xarici bloklarının yüksək təzyiqli avadanlıqla yuyulması, həmçinin freon qazının əlavə
edilməsi nəzərdə tutulur.

Müqaviləyə əsasən, işlərin xüsusiyyətləri nəzərə alınaraq, kondisionerlərdən 22-nə xüsusi qaldırıcı səbətdən (kran-səbətdən) istifadə edilməklə texniki xidmət göstəriləcək.

İşlərin müqavilə imzalandıqdan sonra ən geci 21 iyul tarixinədək başa çatdırılması nəzərdə tutulur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google