Bəyannaməyə görə, Marneuli meri “Volqa GAZ-21” avtomobilini 25 000 lariyə alıb
Marneuli meri Daur İsmayılovun şəxsi mülkiyyətində dörd minik avtomobili var. Bu məlumat vəzifəli şəxsin 2025-ci il dekabrın 29-da doldurduğu son əmlak bəyannaməsində əks olunub.

Sənədə əsasən, Daur İsmayılov aşağıdakı avtomobillərin 100 faiz sahibidir:
  • Lexus ES300h – 20 iyun 2025-ci ildə alqı-satqı müqaviləsi ilə 10 500 ABŞ dollarına alınıb.
  • Toyota Camry Hybrid XLE – 9 dekabr 2024-cü
    ildə 13 000 ABŞ dollarına alınıb.
  • Toyota Prius – 21 yanvar 2023-cü ildə 4 000 ABŞ dollarına alınıb.
  • Volqa GAZ-21 – 30 may 2017-ci ildə 25 000 lariyə alınıb.
Bəyannamənin müqavilələr bölməsindən məlum olur ki, hesabat dövründə mer bir neçə avtomobil alıb və satıb.

Belə ki, 28 fevral 2024-cü ildə ona məxsus Toyota Camry Hybrid (2020 SE) avtomobilini 23 500 ABŞ dollarına satıb.
Həmin ilin 16 iyulunda isə Toyota Camry 2020 SE Hybrid avtomobilini 12 500 ABŞ dollarına alıb. Mer bu avtomobili bir neçə ay sonra – 1 noyabr 2024-cü ildə 17 000 ABŞ dollarına satıb.

Avtomobillərin alqı-satqısı ilə yanaşı, bəyannamədə Daur İsmayılovun biznes fəaliyyəti ilə bağlı məlumat da yer alıb. O, “Avto Samğaro 2024” MMC-nin 100 faiz təsisçisi və pay sahibidir. Həmin şirkət isə öz növbəsində “Avto Samğaro 2025” MMC-də 25 faiz paya malikdir.

Sənəddə qeyd olunur ki, qanunvericiliyin tələbinə uyğun olaraq, merə məxsus şirkət paylarının idarə edilməsi və onlara sərəncam vermək hüququ notariat qaydasında başqa şəxsə həvalə edilib. Müəssisənin fəaliyyətindən əldə olunan gəlir isə 0 lari göstərilib.

“Volqa GAZ-21” haqqında əsas faktlar
  • İstehsalı və buraxılış illəri: Avtomobil Sovet İttifaqında Qorki Avtomobil Zavodu (GAZ) tərəfindən 1956–1970-ci illərdə istehsal olunub. Bu, “Volqa” adını daşıyan ilk model idi və onun hazırlanmasına 1950-ci illərin əvvəllərində başlanılıb.
  • Texniki xüsusiyyətləri: “Volqa” yüksək klirensi ilə seçilirdi ki, bu da ona dövrün daha alçaq və uzun qərb avtomobillərindən fərqlənən xarakterik görünüş verirdi.
  • Dizayn və komfort: Xarici görünüşünə görə avtomobil həmin dövrün aparıcı Amerika modellərini xatırladırdı. O, o dövr üçün lüks hesab edilən bir sıra avadanlıqlarla – çarpayıya çevrilən ön oturacaqlar, alışqan, qızdırıcı, ön şüşə yuyan sistemi və üçdalğalı radioqəbuledici ilə təchiz olunmuşdu.
  • SSRİ-də statusu: GAZ M-21 Sovet İttifaqında fərdi şəxslərə kütləvi şəkildə satılan ən iri və ən prestijli avtomobillərdən biri idi. Yüksək qiymətinə görə əhalinin əksəriyyəti üçün əlçatmaz olsa da, ümumilikdə 639 478 ədəd istehsal edilib.
Marneuli merinin hansı əmlaka sahib olduğu barədə ətraflı məlumatı linkdən oxuya bilərsiniz.

Qeyd: Avtomobilin fotosu internet mənbələrindən götürülüb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google