Terror aktına cəhd etməkdə təqsirləndirilərək həbs olunan
siyasətçi,
"Güclü Gürcüstan – Lelo" siyasi birliyinin liderlərindən biri Aleko
Elisaşvili məhkəmə tərəfindən təqsirli bilinib.
Hakim Qiorqi Qelaşvilinin qərarına əsasən, saxlanılan siyasətçi 13
il müddətinə azadlıqdan məhrum edilib.
Söhbət Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasında baş vermiş
hadisədən gedir. Həmin vaxt Mandatur Xidmətinin əməkdaşları Aleko
Elisaşvilinin hərəkətlərinin qarşısını alıblar, daha
sonra isə o,
hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
saxlanılıb.
Məlumat üçün bildirək ki, Aleko Elisaşviliyə Gürcüstan Cinayət
Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi ilə ittiham irəli
sürülüb. Bu maddə terror aktına cəhd etməni nəzərdə tutur və 10
ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Aleko Elisaşviliyə daha bir epizod üzrə Gürcüstan Cinayət
Məcəlləsinin 323-cü maddəsinin birinci hissəsi ilə də ittiham irəli
sürülüb. Bu maddə terror aktını, yəni terror məqsədilə törədilmiş
partlayış, qəsdən yanğın törətmə, insana hücum, silahdan istifadə
və ya insanların həyatını itirməsi, külli miqdarda əmlak ziyanı və
ya digər ağır nəticələrin baş verməsi təhlükəsini yaradan digər
hərəkətləri əhatə edir.
Həmin əmələ görə də 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası
nəzərdə tutulur.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.