Qoridə avtomobil ana və övladını vurub - hər ikisi dünyasını dəyişib

Qorinin mərkəzində, Çavçavadze küçəsində avtomobil yolu keçən qadın və uşağı vurub.


Qadın xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Sonradan klinikada 3 yaşlı uşaq da vəfat edib.

Polis avtomobilin sürücüsünü hadisə yerindən bir neçə on metr aralıda saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə cinayət işi açılıb. Bu maddə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb
olmuş sürücü üçün 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

  • Son 10 ildə, 2015-2025-ci illərdə, Gürcüstan yollarındakı qəzalarda 5 324 nəfər həlak olub.
  • Təkcə 2025-ci ildə Gürcüstanda baş verən yol qəzalarında 469 nəfər dünyasını dəyişib ki, onlardan 28-i uşaq, 164-ü isə piyada olub. 2025-ci ildə qeydə alınan yol qəzalarının və xəsarət alanların yüksək statistikası 2018-ci ildən bəri ən yüksək göstəricidir. Ölüm sayı isə 2019-cu ildən bəri ən yüksək həddə çatıb.
  • Yol-nəqliyyat hadisələrinin 43%-i Tbilisidə baş verir, lakin ölüm hallarının sayı ən çox İmereti bölgəsində qeydə alınır.
  • İmeretidən sonra yollarda ölüm göstəricisinin ən yüksək olduğu digər bölgələr Tbilisi və Kaxetidir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

 

Print Email
FaceBook Twitter Google