Ukrayna dronları Krasnodar diyarında yerləşən Afipski Neft Emalı
Zavoduna, Başqırdıstandakı "Qazprom Neftxim Salavat" müəssisəsinə
və ehtimal ki, "Rosneft-Opt" neft bazasına hücum edib.
Krasnodar diyarının operativ qərargahı Telegram kanallarında
Afipski Neft Emalı Zavodunda yanğınla bağlı məlumatları
təsdiqləyib. Rəsmi məlumata görə, dronların qalıqları ümumilikdə 16
ünvana düşüb.
Bir nəfər xəsarət alıb. Afipskidə fərdi yaşayış evləri,
çoxmərtəbəli binalardan birində
mənzil və daha bir bina zədələnib.
Bundan əlavə, dron hücumu nəticəsində yerli müəssisələrdən birində
yanğın baş verdiyi bildirilir.
Ukraynanın Exilenova+ OSINT kanalı Başqırdıstanda "Qazprom Neftxim
Salavat" müəssisəsində yanğın baş verdiyini bildirib. Bu müəssisə
Rusiyanın ən iri neft emalı və neft-kimya komplekslərindən
sayılır.
Astra nəşri Salavat şəhərində "Rosneft-Opt" neft bazasının da
hücuma məruz qaldığını yazır.
Başqırdıstan rəhbəri Salavatın sənaye zonasına hücumu təsdiqləyib.
O bildirib ki, vurulan dron qalıqlarının düşməsi nəticəsində "bir
neçə tüstülənmə ocağı" yaranıb.
Supernova+ kanalının məlumatına görə, Kerçdə enerji körpüsündə
yanğın baş verib. Bundan əlavə, Azov dənizinin akvatoriyasında
Rusiyanın "kölgə donanması"na aid tankerlərə yenidən hücum edildiyi
bildirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.