Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Ukrayna
2028-2029-cu illərdə təhvil verilməsi nəzərdə tutulan 16 ədəd
Rafale qırıcı təyyarəsi sifariş edib.
O, Ukrayna prezidenti Volodimir Zelenski, Almaniya kansleri Fridrix
Merts və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat
konfransında bu haqda danışıb.
Ukraynanın 100 ədəd Rafale qırıcısı almasına dair müqavilə hələ
2025-ci ilin noyabrında imzalanıb.
Kiyev bu silahları istehsal edə biləcək
“Radio Svoboda” yazır ki, Ukrayna həmçinin öz ərazisində Aster-30,
SCALP-EG və AASM silah sistemlərinin istehsalı üçün lisenziyalar
alacaq.
Aster-30 SAMP/T hava hücumundan və raketdən müdafiə sistemlərinin
tərkibində istifadə olunan uzaqmənzilli zenit idarəolunan
raketidir. SCALP-EG Fransa və Böyük Britaniyanın birgə istehsalı
olan, Storm Shadow raketinin analoqu sayılan uzaqmənzilli qanadlı
aviasiya raketidir. AASM isə adi aviasiya bombalarını daha uzaq
məsafədən dəqiq hədəfə yönələn idarəolunan sursatlara çevirən
Fransa istehsalı dəqiq tuşlama və mühərrik dəstidir.
Volodimir Zelenski Parisdə keçirilən "İstəklilər Koalisiyası"nın
toplantısında "Fremya" adlı antiballistik sistemi və ukraynalı
mütəxəssislərin onun üçün hazırladığı raketləri təqdim edib.
Ukrayna prezidentinin sözlərinə görə, bu sistem ilk dəfə 2026-cı
ilin sonunadək istifadə oluna bilər.
Müttəfiqlərin dəstəyi
Makron bildirib ki,
Kiyevin müttəfiqləri Ukrayna ilə həmsərhəd
ölkələrdə hərbi təlimlərə başlamaq barədə razılığa gəliblər. Məqsəd
Rusiya ilə atəşkəs əldə olunacağı halda yerləşdirilə biləcək
çoxmillətli qüvvələrin hazırlanmasıdır.
Böyük Britaniyanın baş naziri Kir Starmer isə Londonun Ukraynaya
hərbi yardım üçün nəzərdə tutulan 90 milyard avroluq Avropa kredit
proqramına qoşulduğunu elan edib. Bu qərar Britaniyanın müdafiə
şirkətlərinə Kiyevə dəstək proqramı çərçivəsində maliyyələşdirilən
müqavilələrdə iştirak imkanı verəcək.
Makron Avropa ölkələrini milli müdafiə layihələrindən imtina edərək
birgə silah istehsalına üstünlük verməyə çağırıb. Bastiliyanın
alınması günü ərəfəsində çıxış edən Fransa prezidenti bildirib ki,
hərbi proqramların təkrarlanması Avropanın müdafiə sənayesini
zəiflədir
Makronun sözlərinə görə, Avropa dronların, hava hücumundan müdafiə
sistemlərinin, raketlərin və döyüş sursatlarının istehsalını
sürətləndirməlidir. O qeyd edib ki, mövcud istehsal tempi artan
tələbatı qarşılamır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.