Ermənistanın etibarlı yanacaq mənbəyi var və bu mənbə Azərbaycandır – Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan Respublikasının Azərbaycan timsalında etibarlı yanacaq mənbəyi var.


Hazırda Azərbaycandan Ermənistana yanacaq idxalının həcmi böyük olmasa da, bu istiqamətdə tədarüklər həyata keçirilir.

İlham Əliyev iyulun 13-də Qarabağın Şuşa şəhərində keçirilən forumda iki ölkə arasında əldə olunan razılaşmalar və tranzit məsələlərindən danışarkən bildirib ki, Rusiya, Qazaxıstan və digər ölkələrdən Ermənistan istiqamətinə
Azərbaycan ərazisindən 40 min tondan çox müxtəlif yük daşınıb.

“Bundan əlavə, Azərbaycan özü də Ermənistana neft məhsullarının ixracına başlayıb. Səhv etmirəmsə, indiyədək 10 min tondan artıq neft məhsulu tədarük olunub”, – deyə İlham Əliyev bildirib.

“Xüsusilə indiki şəraitdə, bir çox ölkələrin yanacaq qıtlığı ilə üzləşdiyi vaxtda Ermənistanın etibarlı yanacaq mənbəyi var və bu mənbə Azərbaycandır”, – Azərbaycan Prezidenti deyib.

“Əks halda, Ermənistan bu gün, yəqin ki, dünyanın müxtəlif ölkələrində benzin və dizel yanacağı axtarmaq məcburiyyətində qalardı”, – deyə Əliyev əlavə edib.

Rusiyada vəziyyət
Ermənistan üçün əsas yanacaq təchizatçılarından biri olan Rusiyada yanacaq böhranı iyun ayında başlayıb.

• Araşdırmaçı jurnalistlərin Hetq portalının məlumatına görə, 2025-ci ildə Ermənistan Rusiyadan 189 milyon ABŞ dolları dəyərində neft məhsulları idxal edib;
• Həmin mənbənin məlumatına əsasən, 2025-ci ildə Ermənistanın neft məhsulları idxalının 37 faizi Rusiyanın payına düşüb.

Rusiyada yanacaq qıtlığı və yanacaqdoldurma məntəqələrində növbələr demək olar ki, bütün regionlarda, həmçinin Rusiyanın ilhaq etdiyi Ukraynanın Krım yarımadasında və Ukraynanın işğal olunmuş ərazilərində müşahidə olunur.

Rusiyanın demək olar ki, bütün regionlarında benzinin satışına məhdudiyyətlər tətbiq edilib, hökumət benzin və dizel yanacağının ixracını qadağan edib. Reuters agentliyinin məlumatına görə, Rusiyada benzin istehsalı hazırda mövsümi tələbatın cəmi 65 faizini ödəyir.

Böhranın əsas səbəbi Ukraynanın Rusiyanın neft emalı zavodlarına və digər neft infrastrukturuna endirdiyi zərbələrdir.

Ermənistanda vəziyyət
Rusiyanın yanacaq bazarında yaranmış böhran nəzərə alınmaqla, daxili bazarda sabitliyi təmin etmək üçün Ermənistan hökuməti hansı qabaqlayıcı addımları atmağı planlaşdırır?

Bu suala cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl bildirib ki, hökumət buna uzun müddətdir inhisarların aradan qaldırılması yolu ilə hazırlaşır.

“Biz buna uzun müddətdir inhisarları ləğv etməklə hazırlaşırıq. Bu gün Ermənistanda onlarla benzin idxalçısı fəaliyyət göstərir, yeni investisiyalar var, yeni yanacaqdoldurma məntəqələri şəbəkələri yaradılıb, köhnə şəbəkələr də fəaliyyətini davam etdirir. Əminik ki, bu məsələ bazarın qiymətləri tənzimləməsi yolu ilə həll olunacaq”, – deyə Paşinyan bildirib.

Bununla yanaşı, "Azadlıq" radiosunun erməni xidmətinin statistikası göstərir ki, 2025-ci ildə Ermənistan Rusiyadan benzin idxalını üç dəfə azaldıb.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google