Meriya “Rike bardaq”larının sökülməsinə icazə verib

İllər əvvəl "Avropa meydanı"nda inşa edilmiş "Rike bardaqları"nın sökülməsi planlaşdırılır.


Şirkət artıq Tbilisi meriyasından demontaj üçün rəsmi icazə alıb. Məlumatı "Azadlıq" radiosuna meriyanın mətbuat xidməti təsdiqləyib.

Tbilisinin mərkəzində, turistlərin sıx olduğu ərazidə yerləşən tikilinin sökülməsi ilə bağlı "müsbət qərar" mayın 16-da Mədəni İrsin Mühafizəsi Şurası tərəfindən qəbul edilib. Qərarın qəbulunda paytaxt bələdiyyəsi və Mədəniyyət Nazirliyi də
iştirak edib. Nəhayət, məsələ iyunun 25-də Memarlıq Xidməti ilə razılaşdırılan sərəncamla təsdiqlənib.

İtaliyalı memarın layihəsi əsasında hazırlanmış və əvvəlki hakimiyyət dövründə (2012-ci ildə) tikilmiş "Rike bardaqları" uzun illərdir istifadəsizdir və hazırkı hakimiyyətin yüksək vəzifəli şəxslərinin bəyənmədiyi tikililərdən biridir.

"Rike bardaqları" haqqında
İlkin mərhələdə, "Rike bardaqları" dövlət balansında olarkən burada İncəsənət Mərkəzinin, Musiqi və Dram Teatrının yerləşdirilməsi planlaşdırılırdı. Sonradan isə binada Şərab Muzeyinin açılması tələbi ilə imza kampaniyası aparılmışdı.

İllər sonra "Gürcü Arzusu" hökuməti obyekti satmaq qərarına gəlsə də, "bardaqlar" uzun müddət alıcı tapmadı.

Nəhayət, 2022-ci ildə, bir neçə dəfə hərraca çıxarıldıqdan sonra obyekt Rusiyada fəaliyyət göstərən iş adamı, Bidzina İvanişviliyə yaxınlığı ilə tanınan David Xidaşeli tərəfindən 10 milyon lariyə alındı. Halbuki ilk dəfə hərraca çıxarılanda onun qiyməti 95 milyon lari idi.

2025-ci ildə Xidaşeli "Rike bardaqlarını" satdı. (Həmin il hökumət investisiya öhdəliklərinin yerinə yetirilmədiyini əsas gətirərək Xidaşelidən "Axtala" və "Libani" kurortlarını geri aldı, 2023-cü ildə isə Raçada ovçuluq təsərrüfatı lisenziyasını ləğv etdi.)

• "Rike bardaqlarının" yeni sahibi 25 aprel 2025-ci ildə qeydiyyatdan keçmiş "Rike Dom" şirkətidir;
• "Rike Dom" isə öz növbəsində 2017-ci ildə yaradılmış "N.G.B." şirkətinə məxsus idi. Həmin şirkətin sahibi iş adamı Tornike Kopaliani idi.
• "Rike Dom" MMC 10 iyun 2025-ci ildə "Makro Property" MMC tərəfindən satın alınıb. Bu şirkətin 100%-i "Makro Construction" MMC-yə məxsusdur. Həmin şirkətin də 100%-lik payının sahibi Gürcüstan və Türkiyə vətəndaşlığına malik Emin Uçardır.
"Makro Group" şirkətinin internet səhifəsində qeyd olunur ki, şirkət Gürcüstanda bir sıra otellərə və digər bizneslərə sahibdir. Bunlar:
• Mercure Tbilisi Old Town və Ibis Styles Tbilisi Center otelləri;
• Glorya mebel fabriki və Bellissa mebel mağazası;
• Madamme Coco ev aksesuarları mağazası;
• Dinehall restoranı.

Demontaj
"Rike bardaqları"nın sökülməsinin planlaşdırıldığı barədə ilk dəfə 2025-ci il mayın 21-də məlum olmuşdu. Hakim "Gürcü Arzusu" partiyasının sədri və baş naziri İrakli Kobaxidze demişdi:
"Mən memar deyiləm, amma hesab edirəm ki, bu eybəcər şey bizim gözəl paytaxtımıza yaraşmır."

Bundan iki həftə əvvəl, mayın 6-da Kobaxidze sərəncam imzalayaraq "Rike bardaqlarının" alqı-satqı müqaviləsinə dəyişiklik etmişdi. Dəyişikliyə əsasən, "Rike Dom" şirkətinə "Rike bardaqlarının" yerləşdiyi ərazini şəxsən və ya üçüncü tərəfin vasitəsilə inkişaf etdirmək hüququ verilib.

Şirkətə layihəni 2030-cu il mayın 5-dək həyata keçirmək və bunun üçün ƏDV-siz 44 milyon lari investisiya yatırmaq öhdəliyi qoyulub.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google