İki ay əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla küçədə
sözlü mübahisə edən qadın işdən çıxarılıb.
O, bunu siyasi motivlərlə əlaqələndirib, hakimiyyət isə bu
iddiaları rədd edib.
Seçkiqabağı kampaniya zamanı Ermənistanın Baş naziri Nikol
Paşinyanla yaşadığı sözlü qarşıdurmadan təxminən iki ay sonra,
iyulun 13-də İrəvandakı klinikalardan birinin əməkdaşı Arpine
Soğoyan işdən azad edilib.
Həmin klinika İrəvan bələdiyyəsinin mülkiyyətindədir. Bələdiyyənin
mətbuat xidməti həkimin siyasi baxışlarına görə işdən çıxarıldığı
barədə iddiaları təkzib edərək bildirib ki, o, ştat ixtisarına
düşüb.
Vətəndaş nə deyir?
Arpine Soğoyan Kanaker-Zeytun poliklinikasının qadın
məsləhətxanasının rəhbəri vəzifəsində çalışırdı. O, artıq 21 ildir
ki, ginekoloq kimi fəaliyyət göstərir.
İyulun 13-də ona işdən çıxarıldığı bildirilib. AzadlıqRadiosuna
verdiyi müsahibədə o, klinikanın bu qərarını öz müxalif baxışları
və seçkiqabağı görüş zamanı Paşinyanla yaşadığı qarşıdurma ilə
əlaqələndirib.
Bələdiyyə nə deyib?
İrəvan
bələdiyyəsinin mətbuat xidməti AzadlıqRadiosuna bildirib ki,
bələdiyyənin tabeliyində olan səhiyyə müəssisələrində, o cümlədən
ginekoloqlar arasında ştat ixtisarı aparılıb.
Qurumun açıqlamasına görə, "artıq saxlanılan" vəzifələr əlavə
maliyyə yükü yaradır. Belə vəzifələrdən biri də Soğoyanın tutduğu
qadın məsləhətxanasının rəhbəri vəzifəsi olub.
Bələdiyyə həmçinin bildirib ki, ixtisar prosesi 2026-cı ilin yanvar
ayında başlayıb.
Soğoyanın birbaşa rəhbəri, klinikanın direktoru Vardan Hakobyan isə
AzadlıqRadiosunun suallarını cavablandırmayıb.
Paşinyanla qarşıdurma zamanı nə baş vermişdi?
Soğoyan 2026-cı il mayın 18-də İrəvanın Arabkir rayonunda
seçkiqabağı kampaniya zamanı Paşinyanla sözlü mübahisə edən
vətəndaşdır.
Əslən Qarabağdan olan qadın Paşinyana yaxınlaşaraq deyib:
"Sən mənim vətənimi oğurladın, bütöv
bir nəsli məhv etdin, qardaşımı, sevincimi əlimdən aldın, bizi məhv
etməyə çalışdın, amma bacarmadın."
Paşinyan cavabında deyib:
"Biz tibbi sığorta yaratdıq, biz dövlət
qurduq."
Lakin qadın onun sözünü kəsərək bildirib:
"Siz bizi aldatmağa çalışdınız."
Mübahisə davam edib və vəziyyət gərginləşib. Paşinyan müxalif
siyasətçilərin adlarını sadalayaraq onların "məhv ediləcəyini"
bildirib:
"Əgər mənə Robdan danışırsınızsa, mən Robu məhv
edəcəyəm, Rob həbsxanaya düşəcək. Robu məhv edəcəyəm, Kaluqalı
adamı məhv edəcəyəm, Serji də, Qaqonu da məhv
edəcəyəm."
O, bununla aşağıdakı müxalif, Rusiyayönlü siyasətçiləri nəzərdə
tuturdu:
• "Rob" – Ermənistanın sabiq prezidenti Robert Köçəryan;
• "Kaluqalı adam" – hazırda ev dustaqlığında olan erməni-rusiyalı
milyarder Samvel Karapetyan. Paşinyan onu tez-tez "Kaluqalı
oliqarx" adlandırır (Kaluqa Rusiyada şəhərdir və Karapetyan uzun
illər orada fəaliyyət göstərib);
• "Serj" – Ermənistanın sabiq prezidenti Serj Sarkisyan;
• "Qaqo" – müxalif milyonçu iş adamı Qaqik Tsarukyan.
Onların hər biri barəsində müxtəlif cinayət işləri açılıb.
Arpine Soğoyan Paşinyanı "ölkəni məhv etməkdə" ittiham edib. Baş
nazir isə buna belə cavab verib:
"Ölkəni siz məhv etdiniz – Qarabağ mövzusu arxasında
gizlənən, videolar yayan insanlar. Siz qaçmış marionetlərsiniz!
Maskalarınızı çıxarın! Ey döyüş meydanından qaçan qorxaqlar...
Maskalarınızı çıxarın, Robun marionetləri, Serjin marionetləri,
Qaqonun marionetləri!"
Bu insidentdən sonra İrəvan meri Tiqran Avinyan jurnalistlərin
suallarını cavablandırarkən həkimin siyasi baxışlarına görə işdən
çıxarılacağını istisna etmişdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.