Çinlə strateji tərəfdaşlıq qurduqdan sonra ondan hərbi texnika almağa başladıq – Əliyev

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan Çinlə “Hərtərəfli Strateji Tərəfdaşlıq” haqqında Bəyannamə imzalandıqdan sonra Çin istehsalı olan hərbi texnikanın satın alınmasına başlayıb.


“Keçən il Çin Xalq Respublikasına rəsmi səfərim və Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması əməkdaşlığımızın bütün sahələrdə çox ciddi şəkildə dərinləşməsinə səbəb oldu”,
– deyə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Qarabağın Şuşa şəhərində keçirilən
media forumunda bildirib.

“Bu, siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələri əhatə edir. Biz bundan çox məmnunuq və bu əməkdaşlığa böyük əhəmiyyət veririk”, – deyə Əliyev qeyd edib.

“Azərbaycan artıq Çindən müəyyən hərbi məhsullar alıb. Onların bir qismi Qarabağda əldə etdiyimiz qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirildi. Qalan hissəsi hazırda ölkəmizə çatdırılır, bəzi layihələr isə hələ də müzakirə mərhələsindədir”.

• 2025-ci il noyabrın 8-də, Qarabağ müharibəsində qələbənin beşinci ildönümü münasibətilə Bakıda hərbi parad keçirilib;
• Paradda nümayiş etdirilən texnikalar arasında Çin istehsalı olan HQ-9 uzaqmənzilli hava hücumundan müdafiə sistemi də olub;
• Azərbaycan, həmçinin Çin-Pakistan birgə istehsalı olan CAC/PAC JF-17 Thunder qırıcı təyyarələrini də satın alıb.

“Biz hərbi-texniki əməkdaşlığın inkişafında çox maraqlıyıq”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Onun sözlərinə görə, “hazırda Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir. Onların bir qismi artıq iri investisiya layihələri həyata keçirir, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir”.

Çin Xalq Respublikası Cənubi Qafqazın hər üç dövləti – Azərbaycan, Ermənistan və Gürcüstanla “Hərtərəfli Strateji Tərəfdaşlıq” haqqında bəyannamə imzalayıb.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google