„Buna sahibsiz ölkə deyirlər“ - Telavidə təsərrüfatları su altında qalan əhali kömək istəyir

Fəlakət zonasında vəziyyət hələ də kritik olaraq qalır. Suyun səviyyəsi təbii şəkildə azalsa da, axan su kütləsi hələ də əkin sahələrinə yönəlir və problem tam həll olunmayıb.


"Mestvireni" şərab zavodunun təsisçisi Beka Mestvirişvilinin BMG-yə verdiyi məlumata görə, ərazidəki texnika qeyri-kafidir və işlər sistemsiz şəkildə aparılır. Onun sözlərinə görə, əraziyə cəlb olunmuş traktorçular yanacaq çatışmazlığından şikayət
edirlər.

"Anlayıram ki, bir çox fərqli yerdə problem yaranıb və insan resursu çatmır. Lakin ən azı bir mütəxəssis gəlib əraziyə baş çəkə, ehtiyacları qiymətləndirə və bu çayın yenidən öz məcrasına necə qaytarılacağını müəyyənləşdirə bilməzdimi?

Sadəcə yerli insanlara vəziyyəti qiymətləndirməyi tapşırıblar. Kimisə JCB markalı traktor lazım olduğunu deyib və bura həmin traktoru göndəriblər. Bu traktor artıq üç gündür gəlib, lakin vəziyyətin öhdəsindən gələ bilmir və su hələ də axmağa davam edir. Texnikanı göndəriblər, amma nə istiqamət veriblər, nə də təminatını təşkil ediblər. Bura gələn traktorçu bizə deyir ki, dizel hələ verilməyib, mənə yanacağı kim vuracaq? Burada elə şeylər eşidirik ki, artıq heç kimə və heç nəyə ümidimiz qalmayıb", –
deyə Beka Mestvirişvili bildirib.

Onun sözlərinə görə, fəlakətə "Telavis xevi" (Telavi dərəsi) kanalının tutulması səbəb olub. Kanal illər ərzində toplanmış tullantılar və çöküntülər səbəbindən dolub. Güclü yağış zamanı təmizlənməmiş məcradan keçə bilməyən su sağ tərəfə daşaraq süni çay yaradıb və birbaşa üzümlüklərə, eləcə də meyvə bağlarına dolub.

"Buna sahibsiz ölkə deyirlər. Hamımız başa düşürük ki, müxtəlif miqyaslı faciələr baş verir, lakin bu təhlükələri ən azından öncədən qiymətləndirmək mümkün deyildimi?

Əgər o dərə təmizlənsəydi və illərdir mövcud olan o vəziyyətdə qalmasaydı, gələn böyük su kütləsini ötürmək gücünə malik olardı",
– deyə Mestvirişvili qeyd edib.

Təsisçinin bildirdiyinə görə, "Mestvireni" şərab zavodu Telavi bələdiyyəsinin Kurdqelauri kəndi yaxınlığında 25 hektar ərazidə yerləşir. Burada üzümlüklər, meyvə bağları, şərab zirzəmisi və kiçik otel fəaliyyət göstərir. Coğrafi mövqeyi və yüksək relyefinə görə kompleksin binaları və zirzəmisi su altında qalmaqdan xilas olsa da, su ərazinin təxminən 100 metr daxilinə sızaraq fındıq bağlarını tamamilə basıb.

Qonşu fermerlərin vəziyyəti isə daha ağırdır. Onların üzümlükləri, şaftalı və qoz bağları tamamilə su altında qalıb. Beka Mestvirişvilinin sözlərinə görə, ziyan böyükdür, lakin hazırda onun dəqiq həcmini hesablamaq qeyri-mümkündür, çünki su hələ də bağlardan çəkilməyib.

O, həmçinin əlavə edib ki, bu il "Mestvireni"nin aqrosığortası olmayıb. Təsisçi izah edir ki, ərazinin böyük olması səbəbindən sığorta haqqı çox yüksəkdir və təsərrüfatın bu il buna imkanı çatmayıb.

"Dəymiş ziyanın qiymətləndirilməsi barədə hazırda heç nə deyə bilmərəm. Düzünü desəm, kiminsə bura gəlib ziyanı hesablayacağına və ya insanlara kömək etməyə çalışacağına inanmıram", – deyə fermer bildirib.

Təbii fəlakət Telavidə iyunun 12-də başlayıb. Güclü yağış nəticəsində "Telavis xevi" məcrasından çıxaraq şəhərin bir neçə küçəsini su altında qoyub. Bələdiyyənin infrastrukturuna ciddi ziyan dəyib, yaşayış evlərinin və binaların birinci mərtəbələrini su basıb, elektrik ötürücü xətləri sıradan çıxıb, həmçinin Telavi ətrafındakı üzümlüklərin və meyvə bağlarının bir hissəsi zərər görüb. Dəymiş ziyanın dəqiq məbləği hələlik məlum deyil.

 

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google