Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham
Əliyevin Ukraynaya dəstək mövqeyini tənqid edərək onu "yanlış"
adlandırıb.
İlham Əliyev bir gün əvvəl bəyan etmişdi ki, Azərbaycan Ukraynaya
"ictimai görüntü naminə deyil, səmimi şəkildə" yardım edir və
ukraynalıları "heç vaxt işğalla barışmamağa" çağırmışdı.
"Bunu yanlış hesab edirik" — Peskov
İyulun 14-də Kremlin mətbuat katibi Dmitri
Peskov jurnalistlərin
sualını cavablandırarkən İlham Əliyevin bəyanatını belə
dəyərləndirib:
"Ukrayna ilə bağlı onun mövqeyini yanlış hesab edirik.
Və biz bütün kanallar vasitəsilə ardıcıl və əsaslandırılmış şəkildə
bunun nə üçün yanlış olduğunu izah edəcəyik."
O əlavə edib:
"Elə bir sıra dövlətlər var ki, onlarla sıx
münasibətlərimiz mövcuddur və onlar da bu mövqeyi bölüşürlər. Lakin
biz bununla qətiyyən razı deyilik. Bəli, bu, aramızdakı fikir
ayrılığı mövzusudur."
Peskov eyni zamanda vurğulayıb ki, "bu məsələ Rusiya-Azərbaycan
ikitərəfli münasibətlərinə kölgə salmaq üçün səbəb deyil" və
tərəflər "praqmatik yanaşmaya sadiq qalırlar."
"Heç vaxt işğalla barışmayın" — Əliyevin Ukraynaya çağırışı
Dünən, iyulun 13-də Qarabağın Şuşa şəhərində keçirilən Media
Forumunda İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordonun sualını
cavablandırarkən deyib:
"Düşünmürəm ki, Ukrayna xalqının və ya Ukrayna
rəhbərliyinin mənim məsləhətimə ehtiyacı var. Ancaq bu gün də eyni
tövsiyəni təkrarlayardım: heç vaxt işğalla barışmayın. Ukrayna da
məhz bunu edir. O, ötən ilin çox çətin məqamlarına baxmayaraq,
işğalla barışmır."
O, Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib:
"Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz hər
zaman Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləmişik.
Bundan sonra da bu mövqeyimizi davam
etdirəcəyik."
"Heç bir ölkənin sərhədləri güc tətbiq etməklə
dəyişdirilə bilməz", — deyə Azərbaycan Prezidenti
bildirib.
• Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü ilin
sonlarında, Rusiyanın hava məkanında zenit atəşi nəticəsində
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin vurularaq
qəzaya uğramasından sonra gərginləşib.
• Oktyabrın əvvəlində Düşənbədə Rusiya və Azərbaycan
prezidentlərinin görüşü keçirilib.
• Danışıqlar zamanı Vladimir Putin etiraf edib ki, Azərbaycanın
sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sisteminin
fəaliyyəti nəticəsində qəzaya uğrayıb və zərərçəkənlərə
kompensasiya veriləcəyinə söz verib.
• Rusiya Prezidenti üzr istəyib.
• 2025-ci il oktyabrın 24-də Vladimir Putin və İlham Əliyev telefon
danışığı aparıblar.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.