Aİ Ermənistanın Türkiyə və Azərbaycanla sərhəddə 3 sərhəd-keçid məntəqəsinin tikintisini maliyyələşdirəcək

Avropa İttifaqı Ermənistanda üç yeni sərhəd-keçid məntəqəsinin tikintisini maliyyələşdirəcək – onlardan ikisi Türkiyə ilə sərhəddə, biri isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən Yerasxda inşa olunacaq.


İyulun əvvəlində yayılan bu məlumatı Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos iyulun 10-da Ermənistanın Civilnet nəşrinə müsahibəsində bir daha təsdiqləyib.

Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos bildirib:
“Aİ tərəfindən ayrılan yeni maliyyə yalnız "Sülh qovşağı" layihəsi çərçivəsində deyil, həm də Ermənistanın Orta Dəhlizə inteqrasiyası məqsədilə
yeni bağlantı layihələrinin həyata keçirilməsi üçün istifadə olunacaq.”

“Əlbəttə ki, sərhədlərin açılması istiqamətində əlavə irəliləyişə ehtiyac var. Artıq razılaşma əldə olunub ki, Avropa İttifaqı Ermənistanda üç yeni sərhəd-keçid məntəqəsinin tikintisini maliyyələşdirəcək – onlardan ikisi Türkiyə ilə sərhəddə, biri isə Yerasxda, Azərbaycanın Naxçıvan istiqamətində yerləşəcək”, – deyə o bildirib.

“Hazırda texniki-iqtisadi əsaslandırma üzrə araşdırmalar aparılır. Bundan sonra isə bu layihələrin birbaşa icrasına, yəni sərhəd-keçid məntəqələrinin tikintisinə investisiya yatırmağı planlaşdırırıq”, – səfir Maraqos qeyd edib.

O, həmçinin “Tramp marşrutu” haqqında danışaraq bildirib:
“Biz həmçinin birbaşa "Tramp marşrutu"na – TRIPP layihəsinə deyil, lakin artıq TRIPP-in mümkün dəstəyi istiqamətində əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə başlamışıq.

Lakin qeyd etdiyiniz kimi, burada liderliyi ABŞ öz üzərinə götürüb. Buna görə də bizim diqqətimiz şimal marşrutuna yönələcək və bu istiqamətdə layihələrin hazırlanmasını planlaşdırırıq.”
• Ötən həftə ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM-un ekspertlər qrupu növbəti dəfə Ermənistana səfər edib.
• Bu dəfə onlar “Tramp marşrutu”nun dəmir yolu və digər infrastrukturunun keçəcəyi ərazini ətraflı şəkildə araşdırıblar.
• Onların Ermənistana səfərinin məqsədi məhz həmin infrastrukturun layihələndirilməsi olub.
• TRIPP layihəsi ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci il tarixində əldə olunmuş razılaşma əsasında hazırlanıb.
• Bu layihə sayəsində Ermənistan və Azərbaycan mühüm iqtisadi razılaşmalar imzalayıb, siyasi dəstək əldə edib və əldə olunmuş sülhün möhkəmləndirilməsi ilə bağlı təminatlar alıblar.
• Hazırda həm Ermənistan, həm də Azərbaycan ABŞ-ın strateji tərəfdaşlarıdır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 5 may 2026-cı ildə İrəvanda keçirilən Ermənistan–Aİ sammitində bildirib ki, Mərkəzi Asiyadan və Xəzər dənizindən Avropaya gedən ən qısa yol Ermənistandan keçir, lakin müharibə səbəbindən bu marşrut bağlıdır.

“Siz indi bunu dəyişirsiniz... Nəticədə Ermənistan yeni tranzit marşrutları üçün regional haba çevrilə bilər”, – deyə o bildirib.

Buna cavab olaraq, mayın 20-də Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze belə deyib:
“Görünür, Avropa bürokratları iqtisadi durğunluq və digər problemlərlə yanaşı, coğrafiya dərslərində də elə də güclü olmayıblar.”

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google