İordaniya hökuməti ABŞ-nin ölkədəki hərbi bazasını hədəf alan dörd
İran ballistik raketinin vurulduğunu bildirib.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
krallıq ərazisindəki Amerika hərbi bazalarının ləğvini tələb
etmişdi.
İordaniyanın dövlət mediası hökumətin bəyanatına istinadla xəbər
verib ki, raketlər iyulun 14-də ölkənin hava məkanına daxil
olduqdan sonra məhv edilib.
SEPAH Fars xəbər agentliyi vasitəsilə yaydığı
bəyanatda hücumu
təsdiqləyib, amma raket zərbələrinin İordaniya xalqına qarşı
yönəlmədiyini bildirib.
"Bilməlisiniz ki, biz nəinki ölkənizlə düşmənçilik etmirik, əksinə,
Fələstin xalqının ağrısını və məruz qaldığı zülmü digər xalqlardan
daha yaxşı anlayan ləyaqətli xalqınızı sevirik", – SEPAH
bəyanatında vurğulayır.
Raket qalıqlarının hər hansı itkiyə səbəb olması barədə, hələlik,
məlumat verilməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.