ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana hava zərbələri o,
“kifayətdir” deməyincə davam edəcək.
Tehran və Vaşinqtonun Hörmüz boğazına nəzarət uğrunda qarşıdurması
güclənir.
Tramp iyulun 14-də “Fox News” telekanalına müsahibəsində deyib ki,
ABŞ təmsilçiləri gün ərzində Tehranla danışıqlar aparıblar. O, İran
rəsmilərini müharibəyə son qoymaq üçün razılaşmaya getməyə
çağırıb.
İrana zərbələrin nə qədər davam edəcəyi barədə
suala Tramp belə
cavab verib:
“Mən ‘kifayətdir’ deyənədək davam
edəcək”.
O, həmçinin xəbərdarlıq edib ki, Tehran razılaşmaya getməsə, ABŞ
ordusunun hədəfə ala biləcəyi obyektlərin dairəsi genişlənəcək.
“Gələn həftə onlar üçün durum gerçəkdən pis olacaq,
çünki gələn həftə növbə elektrik stansiyalarına, körpülərə
çatacaq”, — Tramp deyib.
Artıq dördüncü gündür İranın cənubunda bir neçə şəhər hava
zərbələrinə məruz qalır. İran isə İordaniya, Bəhreyn və Küveyt
daxil, Körfəz regionundakı qonşularına raketlər atıb.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın bir neçə ərəb
ölkəsinə hücumlarını “qətiyyətlə pisləyib”, Tehranı “bu amansız
hücumların nəticələrinə görə məsuliyyət daşımaqda” ittiham
edib.
Tramp 20 faizlik rüsum söhbətini geri götürüb
Ötən ay əldə edilmiş anlaşma memorandumu faktiki qüvvədən düşmüş
sayılır. Həmin sənəd tərəflərə genişmiqyaslı sülh sazişi üzrə
danışıqlar aparmaq üçün 60 gün vaxt verilməsini nəzərdə tuturdu.
Döyüşlər əsasən Hörmüz boğazı ətrafında gedir. Bu boğaz enerji
daşıyıcıları və istehlak malları üçün mühüm qlobal tranzit
marşrutudur.
Tramp bir gün əvvəl Hörmüz boğazından ABŞ ordusunun nəzarəti
altında daşınan yüklərə 20 faizlik rüsum tətbiq etməklə
hədələmişdi. Amma iyulun 14-də o, İran daşımalarına blokadanı
saxlamaqla həmin rüsumun Fars körfəzi ölkələri ilə ticarət və
investisiya sazişləri ilə əvəzlənməsini təklif edib.
“Yaxın Şərq liderləri ilə son dərəcə məhsuldar
danışıqlara əsaslanaraq, müxtəlif Körfəz ölkələrinin ABŞ-yə
yatıracağı sərmayələr və bağlayacağı ticarət sazişləri qarşılığında
20 faizlik ABŞ kompensasiya rüsumunu ləğv etmək qərarına
gəldim”, — Tramp “Truth Social” platformasında
yazıb.
O, Körfəz ölkələri hökumətlərinin hər hansı öhdəliyi barədə detallı
danışmayıb, investisiyaların “NƏHƏNG” olacağını bildirib.
ABŞ Mərkəzi Komandanlığı isə iyulun 14-də ABŞ-ın Şərq vaxtı ilə
saat 16:00-dan İran limanlarına daxil olan və çıxan dəniz
nəqliyyatına blokadanın yenidən qüvvəyə mindiyini bildirib.
Şamxani şəbəkəsinə sanksiyalar
İyulun 14-də ABŞ Maliyyə Nazirliyi İranın sanksiyalardan yayınma
şəbəkəsi adlandırdığı struktura bir sıra sanksiyalar elan edib.
Tədbirlər xüsusilə Məhəmməd Hüseyn Şamxanini hədəfə alıb.
Nazirliyin bildirdiyinə görə, onun şəbəkəsi Tehranın neft ixracının
arxasında duran “əsas qüvvələrdən biri”dir, qlobal konteyner
daşımaları və xammal ticarətində fəaliyyətini genişləndirir.
“İran rejimi aldatma üzərində yaşayır və Şamxani
şəbəkəsi onun ən gəlirli mexanizmlərindən biridir”, —
ABŞ maliyyə naziri Skot Bessent iyulun 14-də sanksiyaları elan
edərkən deyib.
Ümumilikdə, tədbirlər 50-dən çox fiziki şəxsi, qurumu və gəmini
əhatə edir. Vaşinqtonun fikrincə, onlar Şamxaniyə və İran rejiminə
“İran xalqı öz hökumətinin yaratdığı iqtisadi yük altında qaldığı
müddətdə mənfəət əldə etmək” imkanı verib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.