Dövlət sektorunda çalışan atalar üçün uşağa qulluq
məqsədilə ödənişli məzuniyyətin verilməsi qaydası dəyişir.
Səhiyyə naziri Mixeil Sarcveladze müvafiq fərmanı imzalayıb.
Dəyişikliklərə əsasən, dövlət qulluqçusuna müraciəti əsasında,
uşağın doğulduğu gündən etibarən 550 təqvim günü müddətinə dekret
məzuniyyəti verilir və bu müddətin 90 təqvim günü ödənişlidir.
Dövlət qulluqçusu olan ataya uşağa qulluq məzuniyyətinin yalnız o
halda 90 təqvim günü ödəniləcək ki, yeni doğulmuş körpənin anası
ödənişli məzuniyyətdən tam istifadə etməmiş olsun.
“Yeni doğulmuş körpənin anası ödənişli məzuniyyətin
müəyyən bir hissəsindən istifadə etdiyi təqdirdə, uşağın atasına
məzuniyyət ödənişi ananın istifadə etmədiyi günlərin sayına
mütənasib olaraq veriləcək, lakin bu müddət 90 təqvim günündən çox
ola bilməz”, - Səhiyyə nazirinin fərmanında qeyd
olunur.
Qeyd etmək lazımdır ki, dövlət qulluqçusu məzuniyyət ödənişini
almaq üçün çalışdığı dövlət qurumuna xəstəxanadan verilən bülleteni
(tibbi vərəqəni), uşağın doğum haqqında şəhadətnaməsini və digər
valideynin çalışdığı müəssisə tərəfindən verilmiş, onun ödənişli
məzuniyyətdən neçə gün istifadə etdiyini göstərən arayışı təqdim
etməlidir.
Bununla yanaşı, bu fərman qüvvəyə minənədək uşağa qulluq
məzuniyyətindən istifadə hüququ yaranmış dövlət qulluqçularına da
məzuniyyət yeni müəyyən olunmuş qaydalara əsasən veriləcək.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.