Tbilisi tramvay layihəsi üzrə tenderdə Türkiyə şirkəti qalib gəlib – Kaxa Kaladze
Paytaxt meri Kaxa Kaladze bildirib ki, Tbilisidə tramvay xəttinin tikintisi üzrə keçirilən tenderdə Türkiyədə qeydiyyatdan keçmiş şirkət qalib gəlib.
Birgə müəssisə EmreRay Enerji İnşaat Sanayi ve Ticaret Anonim Şirketi 287 654 321 lari qarşılığında Didi Diğomidən "Didube" metro stansiyasınadək tramvay xəttini çəkməlidir.

Qalib şirkət 7,5 kilometr uzunluğunda tramvay xəttinin çəkilməsini, 11 dayanacağın və depo kompleksinin
tikintisini həyata keçirməyə borcludur. Müqavilədə tramvay vaqonlarının alınması nəzərdə tutulmayıb.



Tbilisi Nəqliyyat Şirkətinin təxmini dəyərini 416,6 milyon lari müəyyən etdiyi tenderdə dörd şirkət iştirak edib:
• DOGUS INSAAT VE TICARET A.S. – 412 628 931 lari;
• Wuhan Municipal Construction Group Co., Ltd. – 397 470 472 lari;
• YDA İNŞAAT SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ – 332 449 164 lari;
• EmreRay Enerji İnşaat Sanayi ve Ticaret Anonim Şirketi – 287 654 321 lari.

Türkiyə şirkətinin qalib elan edilməsi ilə bağlı sənəd hazırda (15 iyul, saat 11:55 vəziyyətinə) Dövlət Satınalmaları Agentliyinin internet səhifəsində hələ də yerləşdirilməyib.

Tramvayın Tbilisiyə qaytarılması paytaxtın hazırkı meri Kaxa Kaladzenin vədlərindən biridir. O, bu barədə yerli özünüidarəetmə seçkilərinə təxminən 1,5 ay qalmış danışmışdı.

Tramvay layihəsindən əvvəl artıq üçüncü müddətdir Tbilisi meri olan Kaxa Kaladze yerüstü metro layihəsindən də bəhs etmişdi. Həmin layihə Samqori rayonunu Lilo yaşayış massivi və hava limanı ilə birləşdirməli idi. Lakin 2018-ci ildə verilən bu vəd yerinə yetirilməyib.

Bundan başqa, digər vədlər də icra olunmayıb:
• "Axmetelis Teatri" və "Marcanişvili" metro stansiyalarında ikinci çıxışların tikilməsi – bu vəd də yerinə yetirilməyib;
• Bir neçə ildir ki, "Varketili" metro stansiyasında təmir-bərpa işləri aparılır, lakin işlərin başa çatdırılma müddəti dəfələrlə uzadılıb;
• Tbilisi meriyasına artıq 200 ədəd 18 metrlik avtobus təhvil verilib. Lakin bu avtobusların marşrutlara buraxılması üçün nəzərdə tutulan avtobus parkının tikintisi hələ başa çatdırılmayıb və onun da istismara verilmə müddəti bir neçə dəfə təxirə salınıb.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google