Rusiya hərbçiləri iyulun 14-də Odessa limanı yaxınlığında, Qara
dənizdə Tanzaniya və Liberiya bayraqları altında üzən iki ticarət
gəmisinə hücum ediblər.
Gəmilərdən birinin kapitanı həlak olub. Xəbəri Odessa Vilayət Hərbi
Administrasiyasının rəhbəri Oleq Kiper və Ukrayna Dəniz Limanları
Administrasiyası yayıb.
İyulun 15-də isə Odessa limanında Marşall adaları bayrağı ilə üzən
daha bir yük gəmisi hücuma məruz qalıb.
Gəminin iki ekipaj üzvü
həlak olub. Bu haqda AzadlıqRadiosunun rus xidməti yazır.
3 nəfər yaralanıb
"Odessa INFO" Teleqram kanalı yazır ki, həlak olan şəxs Tanzaniya
bayrağı altında üzən, "ATLAS BEY" gəmisinin kapitanıdır. Məlumata
görə, daha üç nəfər yaralanıb. Gəmilərdən birinin ekipajı sahilə
çıxarılıb. Gəmi Çernomorsk limanından Türkiyəyə yağ istehsalından
sonra qalan toxum qalıqları (şrot) aparırdı.
Azərbaycan Xarici İşlər Nazirliyi isə iyulun 14-də bildirib
ki,Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı
mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj
üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşı olan
gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa
şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş
qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər
görülür.
Bundan bir gün əvvəl Çernomorsk limanında Toqo bayrağı altında üzən
başqa bir gəmi də hücuma məruz qalmış, beş nəfər həlak olub.
"Artıq beşinci gündür ki, Rusiya Böyük Odessa regiounun
liman infrastrukturuna və mülki gəmiçiliyə qarşı terroru
dayandırmır. Düşmən gecə-gündüz ballistik raketlər və dronlarla
zərbələr endirir", – Ukrayna Dəniz Limanları
Administrasiyası bildirib.
Məlumata görə, son bir həftə ərzində Odessa vilayətində limanlara
və gəmilərə zərbələrdən 9 nəfər həlak olub.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Rusiya ordusu "Ukrayna
limanlarına və Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə
istifadə olunan gəmilərə" zərbələr endirir. Nazirliyin məlumatına
görə, iyulun 14-də Odessa limanında dronlarla daha üç yük gəmisi
vurulub.
Ukraynanın zərbələri
Ukrayna hərbçiləri son günlər hər gün Azov dənizindəki Rusiya
gəmilərinə, eləcə də limanlara zərbələr endirirlər. Hücumlar əsasən
ilhaq olunmuş Krıma yanacaq çatdırmağa çalışan tankerləri hədəf
alır.
İyulun 14-nə keçən gecə Ukrayna qüvvələri Azov dənizində Rusiyaya
məxsus beş tankeri, beş yük gəmisini və bir yedək gəmisini vurub.
Bunu Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert
"Madyar" Brovdi Teleqram kanalında yazıb. Onun iddiasına görə, son
doqquz gün ərzində ümumilikdə 116 gəmi vurulub.
Ukrayna Hərbi Dəniz Qüvvələri iyulun 14-də Rusiya Federal
Təhlükəsizlik Xidmətinin (FSB) "Zümrüd" sərhəd patrul gəmisini
batırdıqlarını, ölən və yaralananların olduğunu da bəyan edib.
Rusiya tərəfi, hələlik, bu iddianı şərh etməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.