2 milyon larilik zərərin ödənilməsindən sonra Xaşuri Bələdiyyə Məclisinin sabiq yüksək vəzifəli şəxsi girov müqabilində azadlığa buraxılıb

Xaşuri Bələdiyyə Məclisinin sədrinin sabiq müavini Levan Qamrekeli külli miqdarda oğurluq ittihamı ilə həbs olunduqdan sonra azadlığa buraxılıb.


Prokurorluq bildirir ki, o, dövlətə vurduğu ziyanın bir hissəsini – 2 milyon larini artıq ödəyib. Barəsində seçilmiş həbs qətimkan tədbiri isə 10 000 lari məbləğində girovla əvəz olunub.

Prokurorluqdan bildirilib:
"Vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi üçün təqsirləndirilən
şəxsə konkret müddət verilib. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən Levan Qamrekelinin daşınar və daşınmaz əmlakı, eləcə də bank hesabları üzərinə həbs qoyulub. Levan Qamrekelinin cinayət işi hazırda məhkəmədə mahiyyəti üzrə baxılması mərhələsindədir."

Qurumun məlumatına görə:
"İstintaqla müəyyən edilib ki, Levan Qamrekeli Xaşuri Bələdiyyə Məclisinin sədr müavini vəzifəsində işlədiyi dövrdə Paata Nozadze və Roman Metivişvili ilə birlikdə mütəşəkkil cinayətkar qrup yaradıb. Qrupun üzvləri 2020–2023-cü illər ərzində Şida Kartli regionunda yerləşən, dövlətə məxsus və ümumi dəyəri 5 000 000 lari olan boru kəmərlərini gizli şəkildə mənimsəyiblər. Nəticədə dövlətə külli miqdarda maddi ziyan dəyib."

Onlara Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsinin "a" və "b" bəndləri (mütəşəkkil qrup tərəfindən külli miqdarda oğurluq törədilməsi) ilə ittiham irəli sürülüb. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Levan Qamrekeli 2017–2025-ci illərdə Xaşuri bələdiyyə məclisinin majoritar deputatı olub.

Avqust ayında "Kartlis Ambebi" nəşri yazırdı ki, o, 2025-ci il bələdiyyə seçkilərində hakim "Gürcü Arzusu" partiyasının Xaşuri meri vəzifəsinə namizədi olacağı barədə yayılan məlumatı təkzib edib. Həmin nəşrin məlumatına görə, onun adı bələdiyyə məclisinə deputatlığa namizədlərin siyahısına da daxil edilməyib və noyabrın 1-də o, özünün "Facebook" səhifəsində Xaşuri Bələdiyyə Məclisindəki fəaliyyətini başa vurduğunu açıqlayıb.

Bir neçə il əvvəl "Formula" televiziya şirkəti Levan Qamrekeliyə və onun ailə üzvlərinə məxsus şirkətlərin "şübhəli şəkildə udduğu tenderlər" barədə məlumat yayımlamışdı.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google