Çelyabinskdə yanacaqdoldurma məntəqəsində bir sürücü digərini tapança ilə yaralayıb

Rusiyanın Çelyabinsk şəhərində 26 yaşlı kişi travmatik tapança ilə digər sürücünü güllələyib.


Bu barədə 74.RU nəşri məlumat yayıb.

Hadisə şahidinin sözlərinə görə, sürücülərdən biri növbəyə əməl etmədən avtomobilinə yanacaq doldurmağa cəhd edib. Ona irad bildirildikdə isə silah çıxararaq atəş açıb.

"Həmin şəxsə dedilər ki, yanacaq doldurmaq üçün növbəyə dayansın, amma o, belə davranmaq istəmədi.
Hamı belə etsə, nə baş verər? Bizim maşında uşaqlar var idi, güllə hara dəyə bilərdi? Güllə zərərçəkənin qarnına dəydi və çoxlu qan itirdi",
– nəşr şahidin sözlərini sitat gətirir.

Atəş açan şəxs hadisə yerindən qaçsa da, polis onu saxlayıb. Polis 74.RU-ya bildirib ki, onun barəsində cinayət işi başlanılıb. Yaralanan şəxs Çelyabinskdəki 3 saylı Regional Xəstəxanaya yerləşdirilib.

Rusiyanın demək olar ki, bütün regionlarında, həmçinin ilhaq edilmiş Krımda və işğal altındakı Ukrayna ərazilərində yanacaq qıtlığı və yanacaqdoldurma məntəqələrində növbələr müşahidə olunur. Bu vəziyyət Ukraynanın Rusiyanın neft emalı zavodlarına və digər neft infrastruktur obyektlərinə endirdiyi zərbələr fonunda yaranıb. Rusiya hakimiyyəti benzinin, dizel yanacağının və aviasiya yanacağının ixracını qadağan edib.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak yanacaq idxalına başlanıldığını və aşağı keyfiyyətli neft məhsullarından istifadə etməklə əlavə istehsal həcminin artırılacağını açıqlayıb. Reuters agentliyinin məlumatına görə, hazırda Rusiyada benzin istehsalı mövsümi tələbatın cəmi 65 faizini qarşılayır.


 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google