Marneuli Bələdiyyə Məclisi iyulun 13-də keçirilən iclasında 5
vətəndaşın torpaq vergisindən azad edilməsi barədə qərarı
təsdiqlədi.
Sözügedən məsələni iclasda meriyanın əməkdaşı Marita Babluani
təqdim etdi. Onun izahatına görə, qərar iyunun 21-də baş vermiş
təbii fəlakət nəticəsində məhsula ziyan dəyməsi ilə bağlı Marneuli
meriyasına daxil olan müraciətlərə əsaslanır.
„Marneuli meriyasına iyunun 21-də baş verən təbii
fəlakətlə bağlı daxil olan müraciətlər əsasında vətəndaşlar
məhsullarının məhv olması səbəbindən bizə müraciət ediblər.
Gürcüstanın Vergi Məcəlləsinin 270-ci maddəsinə uyğun olaraq,
meriyada yaradılmış işçi qrupu tərəfindən məsələlərinə baxılan
vətəndaşların torpaq vergisindən azad edilməsi barədə sərəncamın
verilməsini xahiş edirəm“, – Marita Babluani
bildirdi.
"Marneuli" radiosu meriyaya sorğu ünvanlayaraq, bələdiyyədə
əhalinin əksər hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğu və
fəlakətdən zərər çəkənlərin sayının böyük ehtimal daha çox olduğu
bir vaxtda, niyə məhz 5 vətəndaşın seçildiyini soruşdu.
Həmçinin, bu imkandan hələ xəbəri olmayan vətəndaşların indi də
meriyaya ərizə ilə müraciət edərək torpaq vergisindən azad olunma
tələb etmək hüquqlarının olub-olmaması ilə maraqlandıq.
Marneuli meriyasından "Marneuli" radiosuna verilən məlumata görə,
bu suallara cavab almaq üçün rəsmi məktubla müraciət etmək
lazımdır.
"Marneuli" radiosu bu gün, iyulun 16-da Marneuli meriyasına rəsmi
məktub göndərəcək. Əldə olunan cavab barədə vətəndaşlara əlavə
məlumat təqdim edəcəyik.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.