Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixaylo
Fedorovu vəzifəsindən azad edib.
Hökumətdə kadr dəyişiklikləri çərçivəsində Yuliya Sviridenko da baş
nazir postundan uzaqlaşdırılıb.
Gənc texnokrat Fedorov hökumətdə rəqəmsal transformasiya
islahatlarına rəhbərlik etmiş, müharibədə dronların inkişafını
prioritetə çevirmişdi. O, iyulun 15-də sosial şəbəkə paylaşımında
vəzifədən çıxarıldığını təsdiqləyib.
Fedorovun altı ay nazirliyi dövründə Ukraynanın döyüş meydanında
mövqeyi xeyli güclənib. Ukrayna
qüvvələri dəfələrlə Rusiyanın neft
emalı zavodlarına zərbələr endirib, ölkədə yanacaq qıtlığı yaradıb,
Prezident Vladimir Putini çətin vəziyyətə salıb.
"Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək mənim
üçün böyük şərəf idi", – Fedorov bildirib. Zelenski
isə hələlik, bu qərarla bağlı açıqlama verməyib.
Fedorov nazir olduğu dövrün uğurları sırasında Rusiya qoşunlarının
Starlink peyklərinə çıxışının məhdudlaşdırılmasını qeyd edib, bunun
Rusiyanın dronlardan səmərəli istifadəsini ciddi azaltdığını
vurğulayıb.
Ukrayna mediası Fedorovun vəzifədən kənarlaşdırılmasının arxasında
müdafiə xərclərinə cavabdeh digər hökumət üzvləri ilə "sistemli
münaqişə"sinin dayana biləcəyini yazıb.
“Başqa vəzifəyə təyin oluna bilər”
Kiyev Amerika Universitetinin prezidenti, Ukrayna Silahlı
Qüvvələrinin baş komandanının keçmiş xüsusi müşaviri Den Rays
AzadlıqRadiosuna bildirib ki, Fedorov hökumətdə başqa yüksək
vəzifəyə təyin oluna bilər. Onun sözlərinə görə, Fedorovun baş
nazir və ya Ukraynanın ABŞ-yə səfiri təyin edilməsi də mümkündür,
ancaq Zelenskinin planlarını “bilmirsiniz”.
"Qısa müddətdə möhtəşəm iş gördüyünü düşünürəm. Məncə,
o, Ukrayna-ABŞ münasibətlərinin inkişafına böyük töhfə verə bilər.
Amma Prezident Zelenskinin nə istədiyini zaman göstərəcək
", – Rays Fedorov barədə deyib.
Zelenski iyulun 12-də hökumətdə dəyişikliklərə start verildiyini
elan edib. O deyib ki, bu addımlar yenilənmiş siyasi strategiya
üçün zəruridir.
İyulun 15-də Zelenski ölkənin ən iri dövlət neft və qaz şirkəti
olan "Naftoqaz"ın baş icraçı direktoru Sergey Koretskini baş nazir
vəzifəsinə namizəd kimi dəstəklədiyini açıqlayıb.
"Naftoqaz" dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir,
siyasi baxımdan güclü korporasiyadır.
"Ağıllı telefonda dövlət" konsepsiyası
Hazırda 34 yaşı olan Fedorov 2019-cu ildə Ukraynanın ilk rəqəmsal
transformasiya naziri təyin edilib. Bu vəzifə sovet dövründən
qalmış köhnə dövlət xidmətlərinin müasirləşdirilməsi məqsədi
daşıyırdı.
Bir vacib məsələ də uzun illər qeyri-şəffaf qalmış bürokratik
proseslərin şəffaflaşdırılması, kök salmış korrupsiya
mexanizmlərinin aradan qaldırılması idi.
Ukraynalılar "ağıllı telefonda dövlət" konsepsiyası kimi təqdim
olunan bu islahatlara geniş dəstək verdi. Fedorovun uğurları
nəticəsində o, baş nazirin müavini vəzifəsinə yüksəldi,
səlahiyyətləri genişləndirildi.
Fedorov bu ilin yanvarında müdafiə naziri təyin olunub.
Hərbi təcrübəsinin olmaması Ukrayna ordusunda müəyyən narazılıq
doğursa da, onun rəhbərliyi dövründə dron istehsalı sürətləndi. Bu
sahə Ukraynanın müharibə dövründə ən uğurlu innovasiyalardan
sayılır.
Son həftələr Ukrayna dronlar vasitəsilə Rusiyanın dərinliklərində
bir sıra hədəflərə zərbələr endirib.
Kremlin enerji aktivlərinə, o cümlədən neft terminallarına,
dənizdəki tankerlərə hücumlar Kiyevin Rusiyaya "uzaqmənzilli
sanksiyalar" kampaniyasının bir hissəsi adlandırılır.
Rusiyanın enerji obyektlərinə dron zərbələri ölkədə ciddi yanacaq
qıtlığına səbəb olub. Hətta adətən belə böhranlardan kənarda qalan
Moskvada da yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb,
bu, sürücüləri narazı salıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.