Badiauridə sərnişin avtobusu aşıb – sürücü həlak olub, 3 sərnişin xəsarət alıb
Saqareco bələdiyyəsinin Badiauri kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib.

“İnterpressnews” agentliyinin yerli sakinlərə istinadən yaydığı məlumata görə, bələdiyyəyə məxsus sərnişin avtobusu yağışdan sonra sürüşkən olan yolda, ehtimal ki, idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, üç sərnişin isə xəsarət alıb.

Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırmaya başlayıb. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını, bunun nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, onların vəziyyəti stabildir.

Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkç
iləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google