Mamuka Mdinaradzenin sözlərinə görə, Nifrət Nitqinə Qarşı Mübarizə
İdarəsinin fəaliyyətə başlamasından
1,5 ay sonra sosial şəbəkələrdə təhqiredici paylaşımların sayı
əhəmiyyətli dərəcədə azalıb.
Hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyası məsələləri
üzrə dövlət nazirinin sözlərinə görə, statistik göstəricilər müsbət
dinamika nümayiş etdirir. Bununla belə, əsas məqsəd cəmiyyətdə
davranış normalarının dəyişdirilməsidir.
"Əgər məsələyə statistik baxımdan yanaşsaq və rəqəmlər
səviyyəsində qiymətləndirsək, əlbəttə ki, [təhqiredici paylaşımlar]
əhəmiyyətli dərəcədə azalıb. Lakin səmimi desək, bizim əsas
məqsədimiz nədir? Məqsəd odur ki, insanlar bir-birini təhqir etməyi
normal və adi davranış kimi qəbul etməsinlər.
Ola bilsin ki, bu gün bu istiqamətdə sərt hüquqi siyasət və ciddi
hüquqi qərarlar tətbiq olunur. Lakin bu, uzunmüddətli və
ortamüddətli perspektivdə də təhqirin cəmiyyət üçün norma halına
gəlməsinin qarşısını alacaq", – deyə Mamuka
Mdinaradze bildirib.
Vitse-baş nazirin sözlərinə görə, Nifrət Nitqinə Qarşı Mübarizə
İdarəsinin yaradılması alternativi olmayan düzgün qərar idi və bu
cür əməllərə yol verən şəxslər ciddi cəza almalıdırlar.
"Çox yaxşıdır ki, bunun artıq nəticələri var. Sosial
şəbəkələrdə nifrət və düşmənçilik ifadə edən paylaşımlar,
müraciətlər və bu kimi hallar azalıb. Əgər bu nəticəni əldə edə
biliriksə, bu, şübhəsiz və alternativsiz şəkildə çox düzgün
qərardır. Bu, hətta insanlar arasında münasibətlərin
normallaşmasına da kömək edəcək. Hər kəs bilməlidir ki, kənardan
kiminsə tapşırığı ilə hərəkət etsələr belə, ana söymək və insanları
təhqir etmək heç vaxt norma ola bilməz. Onlar buna alışmalı və
Gürcüstanın hüquq siyasətinin müəyyən etdiyi ciddi cəzanı, daha
doğrusu, sanksiyanı qəbul etməlidirlər", – deyə
Mdinaradze bildirib.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi Nifrət Nitqinə Qarşı
Mübarizə üzrə yeni idarəni cari ilin 1 iyun tarixindən fəaliyyətə
başlayıb.
Nazirliyin məlumatına görə, idarənin əsas vəzifəsi insan ləyaqətini
alçaldan, təhqiredici və nifrət nitqi ehtiva edən, ictimaiyyətə
açıq şəkildə yayılan bəyanatların monitorinqini aparmaq və
Gürcüstanın İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati
xəta əlamətləri daşıyan halları proaktiv şəkildə aşkar
etməkdir.
Belə pozuntu aşkar edildiyi halda, cəza tədbiri 1 500 lari
məbləğində cərimə, təkrar törədildiyi halda isə 6 000 lariyə qədər
cərimə nəzərdə tutur.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.