İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 16-da iki
ayrı bəyanatda Küveyt və
İordaniyadakı ABŞ hərbi bazalarına zərbələr endirdiyini iddia
edib.
Birinci bəyanatda SEPAH bildirib ki, ABŞ hərbçiləri əvvəlki gecə
İordaniyadakı hava bazalarından İrana hücumlar həyata
keçiriblər.
Bəyanata görə, SEPAH cavabında İordaniyanın Əzraq aviabazasındakı
"ABŞ qırıcı təyyarələrinin meydançasına və ABŞ-nin yeni
komanda-idarəetmə mərkəzinə" raket zərbələri endirib.
SEPAH
ikinci bəyanatda Küveytdəki Əli Əl-Salem aviabazasındakı
"peyk rabitə mərkəzinə, erkən xəbərdarlıq radar kompleksinə və
Şuəybə bölgəsindəki ABŞ hərbi körpüsünə" raket və dronlarla birgə
hücum gerçəkləşdirdiyini iddia edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), hələlik, SEPAH-ın bu
iddialarına münasibət bildirməyib.
İordaniyanın dövlət xəbər agentliyi isə ölkə ordusuna istinadla
gecə saatlarında İrandan buraxılan 8 raketin zərərsizləşdirildiyini
bildirib.
CENTCOM da İranın sahil müdafiə sistemləri və raket imkanlarının
hədəf götürüldüyünü açıqlayıb.
Qurumun məlumatına görə, İrana son zərbələr Tehranın Hörmüz
boğazında kommersiya gəmilərinə təhdid imkanlarını zəiflətmək
məqsədi daşıyır. Gecə əməliyyatları zamanı bir neçə hədəfə, o
cümlədən İranın cənubundakı Bəndər-Abbas liman şəhərinə zərbələr
endirilib. Bundan əvvəl isə Böyük Tunb adasında yerləşən sahil
müdafiə sistemləri və qanadlı raket mövqeləri vurulmuşdu.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.