DİN Telavidə toyda çıxış edən müğənniyə qarşı inzibati icraata başlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi müğənni Aleksandre Mrelaşvili barəsində inzibati icraata başlanıldığını açıqlayıb.


DİN-in məlumatına görə, Telavi Polis Şöbəsində müğənni Aleksandre Mrelaşvilinin ifadəsi alınırdı. Nazirliyin açıqlamasında bildirilir:

"O, ifadə prosesinin sonunadək qalmaq istəmədi. Bu zaman polis əməkdaşlarını sözlə təhqir etdi və şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulmuş şkafa zərər vurdu. Həmin faktla bağlı onun barəsində inzibati icraata
başlanılıb. O, saxlanılmayıb."

Aleksandre Mrelaşvili Telavidə keçirilən toy mərasimində çıxış edirdi və dünən polis şöbəsinə şahid qismində çağırılmışdı.

"Toy mərasimini aparırdım. Yuxarı mərtəbədən kimsə üstümüzə maye tökürdü. Bilmirəm araq idi, şampan idi, yoxsa başqa bir maye. Bu hərəkət dayanmırdı. Sonra yenə eyvana çıxır, tüpürür və bizi təhqir edirdi. Toyu pozdular... Toyu davam etdirə bilmədik. Aparaturanın zədələnib-zədələnmədiyini hələ bilmirik... Hazırda ifadə vermək üçün polisdəyəm", – müğənni Aleksandre Mrelaşvili saxlanılması ilə bağlı görüntülər yayılmazdan əvvəl TV Pirveli telekanalına bildirib.

Qiorqi Çiğladzenin maraqlarını müdafiə edən vəkil Laşa Kapanadze Aleksandre Mrelaşvilinin polis əməkdaşları tərəfindən zor tətbiq edilərək polis şöbəsinə aparılmasının şahidi olduğunu bildirib.

"Onun hansı ifadəni verdiyini bilmirəm, oxumamışam. Bildiyim odur ki, informasiya vasitələrinin yaydığı məlumata əsasən, Aleksandre Mrelaşvili bildirib ki, hotelin üçüncü mərtəbəsində olan şəxslər onun və musiqi aparatının üzərinə hansısa maye töküblər və nəticədə avadanlıq zədələnib. Bu gün o, ifadə vermək üçün polisə gəlmişdi. Sonradan naməlum səbəbdən yenidən çağırıldı. Mən polis şöbəsinə gələndə Aleksandre Mrelaşvili bayıra çıxmışdı və deyirdi ki, artıq ifadə vermişəm və heç nəyi dəyişmək fikrim yoxdur. Bundan sonra polis əməkdaşları onun arxasınca qaçdılar, zor tətbiq edərək onu tutub polis şöbəsinə apardılar", – vəkil Laşa Kapanadze "Kaxetidən Baş Xəbərlər" nəşrinə bildirib.

Polis 30 yaşlı Qiorqi Çiğladzeni sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə saxlayıb. DİN-in məlumatına görə, o, bir qadına fiziki xəsarət yetirib.

Hadisə Telavidəki hotellərdən birində keçirilən toy mərasimində baş verib. DİN-in bildirdiyinə görə, insidentdən əvvəl xarici ölkə vətəndaşı olan qadınlar hotel otağının eyvanından toy iştirakçılarını təhqir ediblər. Şahidlərin ifadələrinə əsasən, həmin qadınlar toy iştirakçılarının üzərinə su töküblər və musiqi avadanlığına zərər vurublar.

Təqsirləndirilən şəxsin vəkili Laşa Kapanadzenin sözlərinə görə, qadın Qiorqi Çiğladzeyə də boğaz nahiyəsindən xəsarət yetirib.

"Qiorqi Çiğladze rusların təşkil etdiyi təxribatın qurbanıdır, özü də zərərçəkəndir", – deyə vəkil bildirib.

Məlumata görə, saxlanılan şəxs bəyin qardaşıdır. Zərərçəkmiş qadın isə həmin hotelin qonağı olub. O, insidenti əks etdirən videonu özü yayıb və münaqişənin başlanmasına səbəb kimi tərəflərin rus dilində danışmasını göstərib.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google