Tbilisi və regionlarda silah və sursatın qanunsuz saxlanılması və gəzdirilməsi ittihamı ilə 7 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi, Quriya, Sameqrelo-Zemo Svaneti və İmereti polis departamentlərinin əməkdaşları,

müxtəlif vaxtlarda keçirilmiş profilaktik polis tədbirləri nəticəsində, odlu silah və sursatın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi ittihamı ilə 7 şəxsi saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində, yaşayış evlərində və köməkçi tikililərində keçirilən axtarışlar nəticəsində müxtəlif markalı odlu silahlar, döyüş sursatı və daraqlar
maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə istintaq aparılır. Bu maddə 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google